Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi-siyasi yollarla həll etməyə nail oldu
09.12.2020 [09:14]
Prezident İlham Əliyev: Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev son 17 il ərzində Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq üçün məqsədyönlü ardıcıl siyasət həyata keçirib. Dövlət başçımızın bu istiqamətdə çoxşaxəli fəaliyyətinin mühüm bir istiqamətini isə münaqişə ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması təşkil edib. Prezident İlham Əliyev bütün beynəlxalq platformalardan səmərəli istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial və ədalətli mövqeyini Özünəməxsus diplomatik məharətlə əsaslandırıb. Qeyd etmək yerinə düşər ki, təkcə Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində dövlətimizin başçısı 30-dan artıq transmilli KİV-ə geniş müsahibələr verib. Açıq deyək, həmin müsahibələrdə ayrı-ayrı media qurumları və onları təmsil edən müxbirlər heç də həmişə ədalətli mövqedə dayanmayıblar. Prezident İlham Əliyev hətta qərəzli sualları belə təmkinlə, diplomatik məharətlə və əlbəttə ki, faktlara, reallıqlara əsaslanmaqla cavablandırıb ki, təhrikedici müxbirlərin “biz başqa cür məlumatlandırılmışdıq” etirafını dilə gətirməkdən başqa çıxış yolları qalmayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini növbəti dəfə dekabrın 3-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasında videoformatda etdiyi çıxışında diqqətə çatdırıb. Dövlətimizin başçısı bəhs olunan çıxışında Ermənistanın təcavüzkar siyasətini üç onillik ərzində davam etdirməsini, 44 günlük müharibəyə gətirib çıxaran amilləri, müharibənin məntiqi sonluqla tamamlandığını və digər məqamları xüsusi olaraq vurğulayıb.
Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq pandemiya dövründə qlobal həmrəyliyin möhkəmlənməsində fəal iştirak edir
Azərbaycan sülhsevər dövlətdir. Ərazilərinin 20 faizi işğalçı Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etməsi və daim konstruktivlik göstərməsi ölkəmizin, xalqımızın sülhə neçə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Respublikamız daim o mövqedən çıxış edib ki, danışıqlar imitasiya xarakteri daşımamalı, substantiv nəticələrə hesablanmalıdır. Lakin eyni sözləri işğalçı Ermənistan barəsində söyləmək mümkün deyil. Danışıqlar prosesində formal qaydada iştirak edən təcavüzkar dövlətin yeganə məqsədi işğal məhsulu olan status-kvonun ömrünü sonsuzadək uzatmaq olub. Ermənistanın siyasəti həmişə separatizmə, güc tətbiq etməyə əsaslanıb. Belə mövqe isə regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradır. Prezident İlham Əliyev işğalçı Ermənistanın hətta yeni növ koronavirus (COVİD-19) infeksiyasının dünyanı ağuşuna aldığı bir şəraitdə də beynəlxalq birliyin qlobal atəşkəs çağırışlarına məhəl qoymadığına diqqət çəkərək vurğulayıb: “Azərbaycan pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəkləmişdir. Lakin həmin çağırış 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistan tərəfindən eşidilməmişdir”.
İşğalçı Ermənistanın beynəlxalq hüquqa və qlobal çağırışlara arxa çevirməsini təsdiqləyən çoxlu sayda faktlar sadalamaq mümkündür. 2020-ci ilin əvvəlindən bəri dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. İndiyədək dünyada həyat üçün təhlükəli olan yeni növ koronavirus infeksiyasına 60 milyondan artıq yoluxma faktı qeydə alınıb və 1 milyondan çox insan bu xəstəlikdən həyatını itirib. Əhatə dairəsi kifayət qədər geniş olan belə qlobal təhdidə ancaq qlobal səyləri birləşdirməklə, həmrəyliklə qalib gəlmək mümkündür. Bu baxımdan respublikamızın mövqeyi təqdirəlayiqdir. Respublikamız işğalçı Ermənistandan fərqli olaraq pandemiya dövründə qlobal həmrəyliyin möhkəmlənməsində fəal iştirak edir. Azərbaycan indiyədək yeni təşəbbüslər irəli sürərək sədrlik fəaliyyəti həyata keçirdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının qlobal pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərini təşkil edib. İndiyədək respublikamız Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində ianə edib, həmçinin 30-dan çox dövlətə maddi dəstək göstərib. BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb.
İndi isə işğalçı Ermənistanın nümunəsinə diqqət yetirək. İşğalçı dövlət hətta qlobal pandemiya şəraitində belə özünün irticaçı, aqressiv mahiyyətini gizlətməyib. Əvvəla onu qeyd edək ki, dünyada Azərbaycanın xoş niyyətə əsaslanaraq irəli sürdüyü BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Eyni zamanda, Ermənistan hətta qlobal pandemiya şəraitində işğalçılıq siyasətinə ara verməyib. Məlum olduğu kimi, son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoyub. İşğalçı dövlətin siyasi rəhbərliyi üç onillik bundan əvvəl zor tətbiq etməklə ələ keçirilən ərazilərin bir qarışının da Azərbaycana geri qaytarılmayacağını bildirirdi. Bu ölkənin müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış edib. Prezident İlham Əliyevin bəhs olunan çıxışında bildirdiyi kimi, cari ilin iyul ayında Ermənistan regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətmişdir. Hələ bu da hamısı deyil. İyul təxribatı zamanı Azərbaycan Silahlı Qüvvələrindən layiqli zərbələr alan düşmən avqust ayında yenidən fəallaşdı - bu dəfə işğalçı dövlətin diversiya qrupu təmas xəttini keçməyə cəhd göstərdi və bu cəhdin də qarşısı qətiyyətlə alındı. Yeri gəlmişkən, indiyədək işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan cari ilin iyul ayında iki ölkə arasındakı dövlət sərhədinin Tovuz istiqamətində törədilən təxribatın məsuliyyətini ciddi-cəhdlə öz üzərindən atmağa çalışırdı. Ancaq cidanı çuvalda gizlətmək mümkün olmadı. Bu günlərdə Ermənistan paytaxtının küçələrində keçirilən etiraz mitinqlərində N.Paşinyanın son iki ildə müharibəyə təhriketmə əməllərinə rəvac verdiyi açıq şəkildə qınanılır. Forpost dövlətin sabiq prezidenti, Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətlərinin digər bir iştirakçısı Robert Köçəryan isə KİV-ə verdiyi müsahibədə iyul ayında dövlət sərhədində məlum təxribatı ölkəsinin törətdiyini açıq etiraf edib və buna görə məsuliyyətin N.Paşinyanın üzərinə düşdüyünü bildirib.
Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazanmaqla təcavüzkar dövləti sülhə məcbur etdi
Azərbaycan Prezidenti İlham Əliyev hələ sentyabr ayının 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdi. Bu dəfə də təcavüzkar cilovlanmadı və müharibə qaçılmaz oldu. Sentyabrın 27-də işğalçı Ermənistan cəbhə xəttində Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Buna cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına start verdi. Məlum olduğu kimi, Ermənistanın hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə qalib gəlməyib. Onlar həmişə döyüş meydanlarında aldıqları ağır zərbələrin əvəzini mülki əhalidən çıxmağa çalışıblar. Sentyabrın 27-də başlayan və noyabrın 10-da yekunlaşan müharibə zamanı da belə oldu. Mülki infrastruktur, dinc əhali düşmənin intensiv hədəf nöqtələrinə çevrildi. İşğalçı dövlətin hərbi birləşmələri döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərimizə qarşı ballistik raketlər tuşladılar. Prezident İlham Əliyev düşmən dövlətin törətdiyi müharibə cinayətlərinin miqyasının kifayət qədər geniş olduğuna diqqət çəkərək vurğulayıb ki, Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri uşaq olmaqla 94 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır.
Azərbaycan isə bir daha təsdiqlədi ki, mülki əhaliyə qarşı müharibə aparmır. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Silahlı Qüvvələrimiz müharibənin elə ilk günlərindən düşmənə ağır zərbələr vurdu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu 300-dək kəndi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, bir sıra strateji yüksəklikləri işğaldan təmizlədi. Noyabrın 8-də Şuşanın xüsusi əməliyyatla azad edilməsindən, növbəti gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin geri qaytarılmasından sonra düşmən anladı ki, onun üçün müharibəni davam etdirməyin heç bir perspektivi yoxdur və kapitulyasiya aktına imza atdı. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən işğalçı dövlət yerdə qalan üç rayonu - Ağdam, Kəlbəcər və Laçın rayonlarını dekabrın 1-dək döyüşsüz geri qaytarmaq öhdəliyi götürdü və artıq bu öhdəlik tam şəkildə icra olunub. Vətən müharibəsində qazanılan parlaq qələbəmizdən qürur hissi ilə bəhs edən Prezident İlham Əliyev bildirib ki, hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir. “Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, noyabrın 10-dan bəri üçtərəfli Bəyanatın şərtlərinə yüksək səviyyədə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30

