/ / Əlisahib Hüseynov: Verilən qərarlar ölkədə vətəndaş-dövlət birliyini, milli həmrəyliyi daha da gücləndirəcək
Əlisahib Hüseynov: Verilən qərarlar ölkədə vətəndaş-dövlət birliyini, milli həmrəyliyi daha da gücləndirəcək
17.12.2020 [09:12]
“Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlara əsasən 27 sentyabrın Anım Günü, 8 noyabrın isə Zəfər Günü elan edilməsi 44 günlük müharibənin xalqımızın taleyindəki önəmli rolunu qabarıq şəkildə göstərir. Bu qərarları cəmiyyət olaraq hamımız gözləyirdik. Çünki xalq olaraq, cəmiyyət olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizi anmaq və onların unudulmaması üçün xatirələrini əbədiləşdirmək hamımızın mənəvi borcudur. Həmçinin təqvimimizdə Zəfər Gününün olması da tamamilə təbiidir. Qarabağın incisi Şuşa şəhərinin iyirmi səkkiz illik əsarətdən sonra işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, Anım Günü və Zəfər Gününün hər il ümummilli səviyyədə qeyd edilməsi xalqımızın ruhunu daim yüksək saxlamağa, gənclərimizdə vətənpərvərlik hislərinin formalaşmasına və milli yaddaşın güclənməsinə yardımçı olacaq. Onun sözlərinə görə, verilən qərarlar ölkədə vətəndaş-dövlət birliyini, milli həmrəyliyi daha da gücləndirəcək: “Bu 44 gündə milli həmrəyliyimiz ən yüksək səviyyədə təzahür etdi. Vətən müharibəsində ölkəmizin fərqli siyasi mövqeyə, fərqli ideoloji yönə malik olan siyasi qüvvələri konsensus nümayiş etdirdilər, Ordumuzun və Ali Baş Komandanımızın ətrafında birləşdilər. Orduya könüllü yazılanların, ön cəbhəyə, döyüşə can atan vətəndaşlarımızın sayı son dərəcə çox idi. Azərbaycandan fərqli olaraq həmin vaxt Ermənistan ordusunda canlı qüvvə çatışmadığına görə yaşlıları və 14-15 yaşlı yeniyetmələri də məcburi səfərbərliyə cəlb edirdilər. Eyni zamanda, Ermənistan ordusunda fərarilik baş alıb gedirdi. Ali Baş Komandanımızın mətin iradəsinə güvənən və xalqdan güc alan müzəffər Azərbaycan Ordusu isə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində qazandığı mövqelərdən bir addım da geri çəkilmədi. Ordumuzun döyüş ruhu o qədər yüksək idi ki, hətta yaralanan hərbçilərimiz də yenidən döyüşə can atırdılar. Bunu düşmən tərəfin generalları və siyasətçiləri də etiraf edirlər. Bax budur azərbaycanlının mənfur düşməndən fərqi, budur Azərbaycandakı milli birliyin gücü! Xalq-Ali Baş Komandan-Ordu birliyi, həqiqətən də, böyük xariqələr yaratdı. Cənab Prezidentin təbirincə desək, biz bu 44 gündə düşmənin başını əzən dəmir yumruğa çevrilməyi bacardıq”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11

