Sabir Hacıyev: Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir
23.02.2021 [09:06]
“Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir. İtaliya və Azərbaycan strateji tərəfdaşdırlar və iki ölkəni bir-birinə sıx əlaqələr bağlayır”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
S.Hacıyev bildirib ki, 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması, Vətən müharibəsi dövründə İtaliyanın Azərbaycanla həmrəyliyini göstərən faktlar və İtaliya mediasının məsələyə obyektiv yanaşması iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir: “Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi, işğaldan azad edilmiş ərazilərin bərpasına dost ölkə kimi İtaliya şirkətlərinin də cəlb edilməsi və onlara geniş imkanlar yaradılması bunu bir daha sübut edir. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfəri zamanı da ölkələrimiz arasında əlaqələrdə mühüm uğurlar əldə edilib. Bu baxımdan, Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə əlaqədar Azərbaycan-İtaliya əməkdaşlığı nümunəvi xarakter daşıyır. Eyni zamanda, Azərbaycanın İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlı olması iki ölkə arasında əlaqələrin daha da genişlənməsini şərtləndirir”.
Partiya sədri onu da qeyd edib ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi də əhəmiyyətli hadisədir və bu addım ölkələrimiz arasında dostluq əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək: “İtaliya-Azərbaycan Universitetinin yaradılması yeni ixtisaslar üzrə gənc azərbaycanlı kadrların hazırlanması və təlim keçməsi baxımından perspektivdə böyük önəm kəsb edəcək”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17

