/ / AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı barədə Türkiyə mediasında geniş məlumat yayılıb
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı barədə Türkiyə mediasında geniş məlumat yayılıb
30.03.2021 [09:06]
AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanovun Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən Ankarada türk dilində nəşr olunan “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı barədə Türkiyənin kütləvi informasiya vasitələrində geniş məlumat yayılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “TRT Haber”, “TRT Avaz”, “TRT-Azərbaycan radiosu”, www.ekoavrasya.net, www.igdir15temmuzgazetesi.com, www.yesiligdir.com, www.gazetekars.com, www.konhaber.com və digər informasiya resurslarında yayılan xəbərlərdə kitabın ümumi məzmunu barədə oxuculara ətraflı məlumat verilir.
Kitab barədə yayılan xəbərlərdə Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşarın rəyinə geniş yer ayrılıb. Bundan başqa, Zakir Avşarın yazdığı “Publisist Aslan Aslanov və “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” sərlövhəli məqalə Türkiyənin məşhur “FM” aylıq jurnalında işıq üzü görüb.
Müasir dünyada oxuculara doğru və operativ informasiya çatdırılmasının əhəmiyyətini vurğulayan professor Zakir Avşar yazır: “Bu ənənə AZƏRTAC-da uzun illərdən bəri davam etməkdədir. Agentlik xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq ictimaiyyəti düzgün məlumatlandıraraq yaxşı nümunə göstərib. Ermənistanın yalanlarına qarşı mübarizə apararaq obyektiv informasiyalarla təkcə Azərbaycan və Türkiyə üçün deyil, dünya ictimaiyyəti üçün də etibarlı xəbərin ünvanına çevrilib”.
Kitab barədə yayılan informasiyalarda diqqətə çatdırılır ki, yeni nəşrdə, həmçinin beynəlxalq media təşkilatları barədə ətraflı məlumat verilir, AZƏRTAC-ın bu qurumlara üzvlükdən başlayaraq onların rəhbər orqanlarında təmsilçiliyinədək keçdiyi yol əksini tapır.
“Qloballaşan dünyada informasiya axını, müasir informasiyaların işlənmə və yayılma problemləri”, “İnformasiya işində ənənə və müasirlik”, “İnformasiya agentliklərinin beynəlxalq və regional təşkilatları” adlı bölmələrdə ənənəvi media ilə sosial şəbəkələr arasındakı fərqli və oxşar cəhətlər, müasir İKT-lərin rolu, AZƏRTAC-ın beynəlxalq media qurumları ilə əməkdaşlığı təhlil olunur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının Azərbaycanda keçirildiyi, 2016-2019-cu illərdə hər iki mötəbər beynəlxalq quruma AZƏRTAC-ın sədrlik etdiyi diqqətə çatdırılır. Müəllif qeyd edir ki, bu siyasətin təməl prinsiplərinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər AZƏRTAC-a daim diqqət və qayğı ilə yanaşırdı. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, agentlik müasir texnologiyalarla təmin olunub, beynəlxalq informasiya məkanında mövqelərini möhkəmləndirib. Qarşısına Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymaq vəzifəsi qoyan AZƏRTAC hazırda bir çox ölkələrin milli informasiya agentlikləri, habelə mötəbər xarici KİV-lərlə səmərəli əməkdaşlıq edir, qarşılıqlı xəbər mübadiləsi aparır.
Qeyd edək ki, Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşarın rəyi və elmi redaktorluğu ilə işıq üzü görən kitabın baş redaktoru Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğludur. “Bengü” brendi ilə təqdim olunan nəşrlərin yayım auditoriyası bütün türk dünyasını əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

