Son 27 ildə Azərbaycan-NATO əməkdaşlığı yüksələn xətlə inkişaf edib
05.05.2021 [08:27]
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda Avropaya və Avroatlantik strukturlara inteqrasiya xətti xüsusi yer tutur. Respublikamızın qısa müstəqillik tarixində Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlığı özündə ehtiva edən sənəd imzalaması, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə sanballı töhfələr verməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Ümumiyyətlə, tam müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla münasibətlərdə o mövqedən çıxış edir ki, ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq əlaqələri qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalı və bundan bütün tərəfdaşlar faydalanmalıdırlar.
Azərbaycanın beynəlxalq miqyasda sıx əməkdaşlıq etdiyi təşkilatlardan biri də 1949-cu ildə Vaşinqton müqaviləsi ilə regional kollektiv müdafiə təşkilatı qismində təsis edilən Şimali Atlantika Müqaviləsi Təşkilatıdır (NATO). Respublikamızın bu təşkilatla münasibətlərinin təməli isə Ulu Öndər Heydər Əliyevin 4 may 1994-cü il tarixində Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq (SNT) Sazişini imzalaması ilə qoyulub. Ölkəmizin NATO ilə əməkdaşlığı daim yüksələn xətlə inkişaf edir. Azərbaycan SNT sənədinin prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparır. O cümlədən Azərbaycan SNT Təqdimat Sənədi (1996), Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı üzrə Təqdimat Sənədi (2004) və Milli Təhlükəsizlik Konsepsiyasında (2007) əks olunan məqsədlərə çatmaq üçün müvafiq tərəfdaşlıq vasitələrindən fəal istifadə edir.
Ötən 27 ildə respublikamız Sülh Naminə Tərəfdaşlıq proqramı üzrə tərəfdaş dövlət statusunda NATO-nun beynəlxalq miqyasdakı fəaliyyətinə sanballı töhfələrini verib. 2002-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata cəlb olunub. Sonrakı mərhələdə bu kontingent artırılıb. Hazırda Azərbaycanın 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət göstərir. NATO, həmçinin Azərbaycanın tranzit imkanlarından bəhrələnir.
Bütövlükdə, Azərbaycan-NATO əməkdaşlığı ötən 27 ildə yüksələn xətlə inkişaf edib və tərəflər münasibətlərin möhkəmlənməsindən, yeni spektrləri əhatə etməsindən razılıqlarını bildirirlər. Yeri gəlmişkən, cari il aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdiyini bildirib. Öz növbəsində, regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb.
Yuxarıda bəhs olunan sənədlərə uyğun olaraq, Azərbaycan Alyansla, həmçinin müdafiə və təhlükəsizlik sektorunda islahatların aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi kimi məsələlərdə də əməkdaşlıq edir. Artıq Azərbaycan hərbçilərinin NATO-nun təlimlərində iştirak etməsi ənənə halını alıb. Ümumiyyətlə, Azərbaycan özünün Silahlı Qüvvələrinin maddi-texniki təchizatının və kadr hazırlığının gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayıb. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Azərbaycan Ordusu ötən il Vətən müharibəsində özünün gücünü, yüksək peşəkarlığını nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müharibədə Silahlı Qüvvələrimiz tərəfindən innovativ texnologiyalardan geniş istifadə olundu. Mütəxəssislərin qənaəti belədir ki, 44 gün ərzində Azərbaycan XXI əsrin müharibəsini apardı və şanlı qələbə çaldı. Bütövlükdə, Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət göstərir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

