Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
06.05.2021 [08:18]
Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının sədri və Avropa İttifaqının sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlər”in qaytarılmasını tələb etməyə çağırması da bunun bariz sübutudur
Bəzi beynəlxalq təşkilatların ölkəmizə, xalqımıza münasibətdə fərqli standartlardan çıxış etməsi artıq adət halını alıb desək, yanılmarıq. Milli maraqlara söykənən, xalqın və dövlətin mənafeyini qoruyan dövlət siyasəti nəticəsində əldə etdiyimiz qələbələr, uğurlar bəzi beynəlxalq statuslu təşkilatları, orada təmsil olunanları narahat edir. Məsələn, Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının sədri və Avropa İttifaqının sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırması da bunun bariz sübutudur. Nəzərə alınmalıdır ki, hələ Birinci Qarabağ müharibəsi dövründə ölkəmizə qarşı fərqli mövqe nümayiş etdirmiş Aİ itkin düşmüş və beynəlxalq təşkilatların 1993-1994-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə dair susqunluq nümayiş etdirmişdi. Bu, bir daha Azərbaycana qarşı tətbiq olunan fərqli standartlardan xəbər verir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, beynəlxalq ədalətin öz yerini tapmasında da mühüm şərtə çevrildi. Belə ki, 1990-cı illərin əvvəlindən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq müstəvidə tanınmış, BMT tərəfindən qəbul edilmiş sərhədləri pozulmuşdu: “Avropa Parlamentinin 121 üzvünün tələm-tələsik belə bir çağırış səsləndirməsi növbəti dəfə bir həqiqətin üzərinə işıq salmış olur. Azərbaycana qarşı ikili standart bu gün də davam etməkdədir. Görəsən, “erməni əsirlər”in qaytarılmasını tələb edənlər Xocalıda dinc əhali soyqırımına məruz qalanda, ayaqyalın, başıaçıq öz evindən qovulanda, nəhayət 4 min azərbaycanlı əsirin taleyi məlum olmayanda niyə susurdular? Bu bir daha onların qeyri-səmimi olduğunu göstərir. Bu kimi çağırışlar ölkəmizə qarşı təsir vasitəsi ola bilməz, yalnız “insan haqlarından” danışan bəzilərinin iç üzünü bir daha nümayiş etdirir”.
Milli Məclisin deputatı İlham Məmmədov da Avropa Parlamentinin deputatlarının belə bir çağırışla gündəmə gəlməsini ikili standart kimi dəyərləndirib. Millət vəkili bildirib ki, 1990-cı illərdə erməni silahlılarının əsir götürdükləri şəxslərlə davranışları haqda xarici mətbuatda kifayət qədər geniş materiallar dərc edilirdi. Həmin dövrdə Ermənistanın zindanlarında işgəncələrə məruz qalan günahsız insanlarla bağlı hətta bir sıra beynəlxalq təşkilatların nümayəndələri belə fikirlər səsləndirmişdi. Amma o dövrdə heç kim buna reaksiya verməmişdi: “Ermənistanın keçmiş rəhbərliyi, o cümlədən erməni faşizminə “mənəvi atalıq” edənlər özləri etiraf ediblər ki, hətta azərbaycanlı körpələrə qarşı hansı vəhşilikləri törədiblər. Amma həmin dövrdə nədənsə Avropa Parlamenti susurdu.
4 min azərbaycanlının taleyi Avropa Parlamentinin heç bir üzvünü maraqlandırmırdı. Bu gün onların belə çağırışlarla gündəmə gəlməsi bir daha hansı mövqedən çıxış etdiklərini ortaya qoymaqdadır. Avropalı parlamentarilər növbəti dəfə həqiqəti, haqqı və ədaləti deyil, işğalçını, təcavüzkarı dəstəklədiklərini nümayiş etdirirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

