Radikal müxalifətin antimilli siması
09.09.2021 [08:49]
Yaxud dağıdıcı düşərgə təmsilçiləri ermənipərəst mövqedən çıxış edərək işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini hədəfə almağa çalışırlar
Radikal müxalifət düşərgəsinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə qarşı qara piar kampaniyası aparması heç kimə sirr deyil. Dağıdıcı müxalifət, eləcə də onların xaricdəki uzantıları görülən işlərin əhəmiyyətini azaltmağa çalışır, ermənilərin apardıqları çirkin təbliğata dəstək verməyə niyyətlənirlər. Ermənipərəst radikal düşərgənin sosial şəbəkələrdə “fəal” üzvlərindən sayılan Qənimət Zahid də öz şəriklərindən geri qalmamaq üçün bu dəfə Füzuli rayonunda istifadəyə verilmiş Beynəlxalq Hava Limanına qarşı qərəzli təbliğat aparmaqdadır. Təbii ki, onun bu uğursuz cəhdi də digərləri kimi fiaskoya məhkumdur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov Füzuli Beynəlxalq Hava Limanının həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində zəfər qazanan Azərbaycan dövləti yeni siyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də regionun təhlükəsizliyinin təminatçısına çevrilib. “Azərbaycan dövləti Qarabağda hava məkanının təhlükəsizliyini təmin etmək gücündədir. Füzuli Hava Limanı beynəlxalq statuslu hava limanıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Azərbaycan Füzuli Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirmiş olur. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şübhəsiz ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Bu baxımdan, radikal müxalifətin artıq görülən işləri hədəfə almağa çalışması, sosial şəbəkələrdə qara piar kampaniyası aparması narahatlıqdan və qısqanclıqdan irəli gəlir. Onlar anlayırlar ki, görülən işlər Azərbaycanın gələcəkdə imkanlarının daha da genişlənməsinə yol açacaq”.
Milli Məclisin deputatı İlham Məmmədov da işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa prosesinin, o cümlədən yeni hava limanlarının inşasının Azərbaycanın gücünün və qüdrətinin ifadəsi olduğunu deyib. Onun sözlərinə görə, radikal müxalifətin görülən işlərə qarşı apardığı çirkin təbliğat onların əsl simasını bir daha Azərbaycan cəmiyyətinə göstərmiş oldu. “44 günlük Vətən müharibəsindən keçən dövr ərzində üç rayonda - Füzuli, Zəngilan və Laçında yeni hava limanlarının tikilməsi istiqamətində görülən işlər bir sıra məqamlardan xəbər verir. Yeni hava limanlarının tikilməsi həm bu regionun turizm potensialından səmərəli istifadə etməyə imkan verir, həm də yeni kommunikasiya xətti üzrə yükdaşımaları asanlaşdırır. Ermənipərəst mərkəzlər anlayırlar ki, qalib Azərbaycan bu əraziləri yenidən dirçəldib cənnətə çevirəcək. Bu baxımdan, xəyanətkarların kimlərin dili ilə danışdığı gün kimi aydındır. Ömrünü, həyatını Azərbaycan dövlətinə, xalqına böhtan atmaq və ləkə yaxmaqla keçirən, xaricdəki ermənipərəst qüvvələrin buyruq qulu olan radikal müxalifətin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə etdiyi xəyanətlərdən sonra yenidən bu cür mövqe nümayiş etdirməsi bir daha radikal düşərgə təmsilçilərinin xalqımıza və dövlətimizə qarşı düşmən münasibəti bəslədiklərini göstərir”, - deyə İ.Məmmədov əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

