Paşinyanın Kremldə nə deməsi həlledici deyil
13.10.2021 [10:42]
Şərtləri Azərbaycan diktə edir
Dünən Kremldə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Məlumata əsasən, görüşün protokol hissəsində V.Putin və N.Paşinyan çıxış ediblər. Ekspertlərin qənaətinə əsasən, görüşün gündəliyini və siyasi motivini ikitərəfli münasibətlərin mövcud vəziyyətinin, o cümlədən regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi təşkil edir.
İndiki şəraitdə bu görüş yeni reallıqlar fonunda bölgədə müxtəlif ölkələrin iştirakı ilə müşahidə edilən diplomatik trafikin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Əlbəttə, bu gün vacib və aktual məsələ regional təhlükəsizliyin möhkəmləndirilməsi, postmünaqişə dövründə yaranmış əməkdaşlıq imkanlarından maksimum səmərəli istifadə olunmasıdır. Məlumdur ki, Azərbaycan regional təhlükəsizliyə ciddi təhdidlər yaradan işğal faktını öz hərbi-siyasi gücü ilə aradan qaldırıb, yəni münaqişənin həllinə müvəffəq olub. Artıq Cənubi Qafqaz regionunun gələcəyi Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar üzərində inşa olunur. Ölkəmizin yeni reallıqlar formalaşdırması regionda çoxtərəfli əməkdaşlıq imkanları yaradıb. Lakin bölgədə bütün tərəflərin iştirak edə və iqtisadi mənfəət, siyasi dividend götürə biləcəyi işbirliyi platformasının formalaşması üçün, ilk növbədə, sülh, sabitlik və təhlükəsizlik mühitinin təmin olunması lazımdır. Bu isə bilavasitə 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tamamilə və zamanında icra edilməsindən asılıdır.
Ermənistan regional sabitliyi və təhlükəsizliyi hədəfə alıb
Şərtləri diktə edən Azərbaycan, həmçinin bəhs olunan bəyanatın icrası ilə əlaqədar öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Bu, ölkəmizin regional təhlükəsizlik və əməkdaşlıq məsələsinə yanaşmasında siyasi məsuliyyət nümayiş etdirməsidir. Amma Ermənistan onun üçün kapitulyasiya akti hesab olunan üçtərəfli Bəyanatın müddəalarının icrası ilə əlaqədar manipulyasiyalar edir, bir sıra siyasi-hüquqi öhdəliklərdən yayınmağa çalışır. Yeri gəlmişkən, Paşinyanın bəhs olunan görüşdə “Dağlıq Qarabağ məsələsinin hələ də həllini tapmadığını” söyləməsi Ermənistanın bilavasitə regional sabitliyi və təhlükəsizliyi hədəfə aldığını göstərir. Görünən odur ki, üçtərəfli Bəyanatın icrasından boyun qaçıran Ermənistan siyasi sabotajla məşğul olur. Xatırladaq ki, Ermənistanın Baş naziri Rusiyanın bu münaqişənin həllində, ümumiyyətlə, regionun təhlükəsizliyində açar rolunu oynadığını diqqətə çatdırıb.
Paşinyanın harada nə deməsindən asılı olmayaraq...
Əlbəttə, Paşinyanın Moskvada belə məsuliyyətsiz fikir və absurd iddia səsləndirməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistan rəhbərliyi və dünya ictimaiyyəti yaxşı bilir ki, bu ölkənin regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi üstünlüyə malik deyil. Həmçinin Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmur. O, forpost adlandırılır və bəzi güc mərkəzlərinin diktəsi ilə hərəkət edən zəif geosiyasi fiqurdur. Bu ölkənin alternativ şansı - imkanı yoxdur, ona görə də tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalı, müvafiq nəticələr çıxarmalı, öz üzərinə düşən öhdəlikləri zamanında və qeyd-şərtsiz yerinə yetirməlidir. Bir daha qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti dəfələrlə “Dağlıq Qarabağ” ifadəsinin olmadığını, onun tarixin arxivinə yollandığını bəyan edib. Həmçinin dövlət başçısı çıxışlarında artıq tarixdə qalmış münaqişənin həllində bir sıra ölkələrin təşəbbüslərinin və fəallığının mühüm əhəmiyyətə malik olduğunu qeyd etsə də, heç bir vaxt hansısa dövlətin “həlledici - açar” rolu oynadığını diqqətə çatdırmayıb.
Şübhəsiz ki, Paşinyanın harada nə deməsindən asılı olmayaraq, şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir, ölkəmiz addım-addım regional inkişafa və sabitliyə xidmət edən strateji hədəflərin gerçəkləşməsinə nail olur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

