Sülh məqamında, yoxsa sülh məramında
03.03.2022 [10:29]
Hansı ölkələr sülhməramlı funksiyasını yerinə yetirə bilər?
Taleh AĞAVERDİYEV
Son illər biz tez-tez dünyanın müxtəlif yerlərində genişmiqyaslı insan tələfatı ilə müşayiət olunan silahlı münaqişələrin şahidi oluruq. Bü cür böyük və faciəli münaqişələrdən biri hazırda Ukraynada baş verir. Bu vəziyyət sülhməramlı missiyaların mexanizmindən daha fəal istifadə edilməsi və bu institutun təkmilləşdirilməsi məsələsini aktuallaşdırır.
“Sülhməramlılıq” anlayışına sülhün qorunması, onun pozulmasının qarşısının alınması, sülhün təmin edilməsi və onun daha da möhkəmləndirilməsi daxildir. “Sülhməramlı” sözünün hərfi analoqu mövcud münaqişəyə son qoymaq üçün diplomatik səyləri nəzərdə tutan “peace-making” terminidir. Bundan əlavə, sülhün qorunması üzrə hərbi və mülki əməliyyatlar mənasını verən ayrıca “peace-keeping” termini var. Və yaxud peace-enforcement - “sülhə məcbur etmək” üçün hərbi əməliyyatlar. Lakin, təcrübə göstərdi ki, “peace-enforcement” bəhanəsi ilə bir dövlət digər dövlətə qarşı hərbi əməliyyatlar başlada bilər...
“Sülhməramlılığın” daha iki növü var - conflict prevention, yəni “münaqişələrin qarşısını almaq üçün” diplomatik səylər, və peace-building - yəni “sülh quruculuğuna” yönəlmiş uzunmüddətli səylər.
İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı sülhməramlılığın qlobal subyekti kimi çıxış edir. 1948-ci ildən bəri BMT 70-ə yaxın sülhməramlı əməliyyatın təşəbbüskarı olub. Onların bəziləri mandata uyğun olaraq qarşıya qoyulmuş tapşırıqlar yerinə yetirildikdən sonra, digərləri isə missiyanın uğursuz olması səbəbindən tamamlanıb. BMT-nin sülhməramlı əməliyyatlarının şübhəsiz uğuru BMT-nin 1999-2005-ci illərdə Syerra-Leonedəki missiyası hesab olunur. Uğursuz və ən qanlı sülhməramlı missiyalar arasında Konqo Demokratik Respublikasında, eləcə də Uqandadakı əməliyyatları göstərmək olar. Uqanda və Ruanda arasındakı sərhədə nəzarət etmək üçün yerləşdirilən müşahidəçilər missiyası 1994-cü ildə Ruandada 800.000 insanın ölümünə səbəb olan dəhşətli soyqırımın qarşısını ala bilmədi. “Mavi Dəbilqəlilər” 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində bosniyalı müsəlmanların genişmiqyaslı qətlinə səbəb olan faciənin qarşısını da ala bilmədilər.
Hazırda BMT mandatı altında 13 sülhməramlı əməliyyat həyata keçirilir - Kosovo, Suriya, Mali, Somali, Cənubi Sudan, Kipr, Livan və bir sıra digər ölkələrdə.
1999-cu ildən Azərbaycan ordusunun sülhməramlı kontingenti də sülhməramlı əməliyyatlarda uğurla iştirak edir. Azərbaycan sülhməramlı kontingenti Kosovoda sülhün bərpası və qorunması üzrə əməliyyatlarda (1999-2009), İraqda Beynəlxalq Koalisiya qüvvələrinin tərkibində (2003-2008) xidmət edib, NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında iştirak edib (2015-2021). Azərbaycanın beynəlxalq təhlükəsizliyə dəstəyinin davamı olaraq, Azərbaycan ordusu 2019-cu ilin yanvar ayında BMT-nin Cənubi Sudan Respublikasında keçirdiyi Sülhməramlı Missiyaya (UNMISS) qoşulmuşdur.
Baxmayaraq ki, sülhməramlı əməliyyatları BMT fəaliyyətinin tərkib hissəsinə çevriliblər, təşkilatın Nizamnaməsində onları müəyyən edən bənd yoxdur. Buna görə də, hər bir əməliyyat mandat, funksiyalar toplusu və fəaliyyət tarixi baxımından unikaldır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qeyd etdi ki, buna baxmayaraq, onların hamısı bir-biri ilə əlaqəli üç əsas prinsipi rəhbər tutur: münaqişə tərəflərinin razılığı, qərəzsizlik, özünümüdafiə və mandatın qorunması halları istisna olmaqla, gücdən istifadə etməmək.
“BMT-nin sülhməramlı kontinqentinin göndərilməsi barədə qərar Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir. Və sadalanan prinsiplərdən çıxış edərək həm BMT-nin Baş Assambleyası,Təhlükəsizlik şurası, Katiblik, öz kontinqentini təqdim edən ölkələr birgə tədbir keçirə biləcək dövlətlərnən sıx əlaqə saxlayırlar. BMT-dən başqa, Aİ, NATO, ATƏT və KTMT tərəfindən də sülməramlı missiyalar həyata keçirilir. Eyni zamanda münaqişə tərəflərinin razılığı ilə üçüncü ölkənin sülhməramlı kontingenti də daxil edilə bilər. Bununla belə, müasir çağırışlar əsas prinsiplər toplusunun genişləndirilməsini tələb edir. Hazırda sülhməramlı əməliyyatların əksəriyyətinin az və ya orta səmərəli kimi qiymətləndirilə bilər. Fikrimcə, sülməramlı missiya üçün yaradılan kontinqent tam şəkildə yoxlanılmalıdır, öz sülhməramlı heyətini göndərən ölkələr sübut etməlidirlər ki, heç bir tərəfi tutmurlar. Sülhməramlı missiyaların səmərəliliyini artırmaq üçün, digər dövlətlərə qarşı təcavüz etmiş ölkələrin hərbi qulluqçularının sülhməramlı qüvvələrdə iştirakı məsələsi nəzərdən keçirilməlidir. Bu, müxtəlif hərbi bloklara daxil olan ölkələrə də aiddir, çünki nəticədə sülhməramlı missiya yerinə yetirmək əvəzinə, böyük dövlətlərin siyasi maraqlarının qarşıdurması ön plana çıxa bilər”, - deyə millət vəkili bildirib.
Arzu Nağıyevin sözlərinə əlavə olaraq qeyd edə bilırik ki, münaqişənin birbaşa alovlanmasından əvvəl görülən qabaqlayıcı tədbirlər vasitəsilə də səmərəliliyin artırılmasına nail olmaq olar. Münaqişə bölgələri ilə analitik iş son dərəcə vacibdir ki, bu da riskləri ilkin mərhələdə müəyyən etməyə imkan verəcəkdir. Münaqişə təhlükəsi böyük olan bölgələrə nəzarət elementi kimi, sülhün bərqərar olmasına töhfə verə biləcək media strategiyasından və KİV-lərdən istifadə edilməlidir. Bundan əlavə, sülhməramlılar mandata uyğun olmayan hərəkətlərdən çəkinməlidirlər. Bunun üçün sülhməramlıları mədəniyyətlərarası ünsiyyət üçün zəruri olan zəruri bilik və bacarıqlarla təmin edəcək təlim kursları tətbiq edilməlidir.
Və qeyd olunduğu kimi, ən əsası, sülhməramlı kontingentə, mümkün qədər, tamamilə neytral ölkələrin silahlı qüvvələri daxil edilməlidir. Qoşulmama Hərəkatının üzvü olan və bütün ölkələrlə münasibətlərini qarşılıqlı hörmət prinsipləri əsasında quran Azərbaycan bu baxımdan yaxşı nümunədir. Bunun nəticəsidir ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti digər dövlətlər tərəfindən də daim yüksək qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51

