Zaporojye AES partlayarsa...
05.03.2022 [10:12]
Xəzər də çirklənəcək
Dünya okeanının zəhərlənmə ehtimalı yaranır
Pərviz SADAYOĞLU
SSRİ Nazirlər Sovetinin 1977-ci ildə imzaladığı müvafiq qərara əsasən tikintisinə başlanılan və öz gücünə görə Avropanın birinci, dünyanın isə üçüncü Atom Elektrik Stansiyası sayılan Zaporojye AES təhlükədədir. Dünən səhər saatlarında Rusiya hərbçilərinin açdığı atəş nəticəsində AES-də güclü yanğın baş verib. Yanğın 2 min kvadratmetr sahəni əhatə edib. Bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenski dünya birliyinə müraciət edib. O bildirib ki, 6 blokdan ibarət olan bu stansiya partlayacağı təqdirə, böyük fəlakətlər yaşanacaq. Zelenski Rusiyadan başqa heç bir dövlətin indiyədək nüvə enerji bloklarını atəşə tutmadığını da diqqətə çatdırıb.
Bu arada, Ukrayna KİV-i də Zaporojye ərazisində baş verənlərlə bağlı məlumatlar yayıb. Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin məlumatına görə, Zaporojye AES-in inzibati binası və stansiyanın girişi rus qoşunlarının nəzarətində olsa da, stansiyanın şəxsi heyəti enerji bloklarında işlərini davam etdirir, nüvə qurğularının stabil işləməsini təmin edirlər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, müharibə dövründə strateji zonalar, o cümlədən atom stansiyaları və radiaktiv problemlər yarada biləcək obyektlər çox ciddi şəkildə qorunur. Hətta Ukrayna ilə Rusiya arasında müharibə başlayan vaxt prioritetlərdən biri Çernobıl AES-in qorumasını həyata keçirmək məsələsi idi. Millət vəkilinin fikrincə, Rusiyanın Zaporojye AES-ə qarşı apardığı əməliyyat qorxu yaratmağa hesablanıb: “Zaporojye AES-ə edilən hücum xaos və qorxu yaratmaq üçün nəzərdə tutulub. Bu, heç bir müharibə qanunlarına uyğun deyil. Rusiya qorxu hissini yaratmaq, insanları bu ərazidən çəkindirmək, qaçırtmaq üçün bu kimi vasitədən istifadə edir. Hələ ki, fəsadlar haqda ciddi bir məlumat yoxdur. Düşünürəm ki, bu, ilk növbədə, əhali arasında qarışıqlıq yaratmağa hesablanmış addımdır. Rusiya istəyir ki, insanlar o ərazidən uzaqlaşsın və qoşunlar da həmin əraziləri rahat şəkildə tuta bilsin. Fikrimcə, Rusiya AES-i partlatmaq niyyətində deyil. Çünki bu, müharibə qanunlarına ziddir”.
AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev isə bildirib ki, altı blokdan ibarət Zaporojye AES partlayarsa, onun fəsadları Çernobıl hadisələrindən daha güclü ola bilər: “Rusiya qoşunları iddia edir ki, onların məramı atom reaktorunu mühafizə etməkdir ki, ora başqa interversiyalar olmasın. Artıq məsələ beynəlxalq səviyyədə müzakirə edilir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi də açıqlamasında bildirib ki, AES-i qorumaq lazımdır. Onun partlaması Çernobıldan 10 dəfə artıq ziyan verə bilər”.
İ.Mustafayev onu da bildirib ki, bu reaktorun partlaması regiona, o cümlədən də Xəzər hövzəsinə müəyyən təsirlər yarada bilər. “Düzdür, öldürücü olmasa da, hava yolu ilə gələ bilər və müəyyən təsirlər göstərər. Nəzərə alınmalıdır ki, Volqa çayı Xəzər dənizi ilə əlaqəlidir və reaktiv maddələrin sularla bizim regiona gəlmə ehtimalı mövcuddur. Bu məsələ beynəlxalq həyəcana da səbəb olub. Bu reaktiv maddələr Qara dəniz vasitəsilə dünya okeanına axsa, böyük fəlakətlər yaşanacaq”, - deyə alim əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

