Rusiyanı nə gözləyir?
15.03.2022 [10:21]
Defolt olacaqmı?
Məlik Məmmədov
Son günlər ekspertlərin müzakirə etdikləri məsələlərdən biri Rusiyanın yaxın gələcəkdə defolt ilə üzləşməsi ehtimalıdır. Qeyd edilir ki, Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar ABŞ-ın, Avropa İttifaqı ölkələrinin və digər dövlətlərin tətbiq etdiyi sanksiyalar Rusiyanı iqtisadi cəhətdən çətin vəziyyətə salıb. Qızıl-valyuta ehtiyatlarının az qala yarısının (təxminən 300 milyard) dondurulması isə defolt ehtimalını daha da gücləndirir.
Defolt hökumətin yerli və ya xarici özəl kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirmədiyi zaman baş verir. Məsələ bundadır ki, martın 16-da Rusiya 117 milyon dollar məbləğində dollar istiqrazları üzrə borcunu ödəməlidir. Ödəniş etmək üçün bu ölkəyə aprelin 15-dək - 30 gün vaxt veriləcək. Dövlətin borclarını ödəmək imkanı var, lakin texniki problemlər buna mane olur. Mərkəzi Bank sanksiyalara görə qızıl-valyuta ehtiyatlarından istifadə edə bilmir, yəni valyuta ilə ödəniş edə bilmir.
Rusiya rəhbərliyi Mərkəzi Bankın ehtiyatlarının bir hissəsinin xüsusi olaraq xarici borcun ödənilməsi üçün açılmasına razılaşa bilərdi. Amma əksinə, bu borcları ödəmək istəmədiyi barədə siqnallar verir. Belə ki, Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Vladimir Putinin fərmanına əsasən, Rusiya “dost olmayan” ölkələrə, o cümlədən Böyük Britaniya, ABŞ, Yaponiya və Aİ-yə borc ödənişlərini rublla həyata keçirəcək.
Bu, xarici kreditorlar üçün texniki defolt kimi qəbul edilir, çünki rublun dəyəri çox aşağıdır. Onu yenidən valyutaya dəyişdirə və ölkədən çıxara bilməzlər. Ekspertlərin qeyd etdikləri kimi, əslində, bu, müqavilə öhdəliklərinin pozulmasıdır. Çünki müqavilələrdə ödənişlərin xarici valyutada həyata keçirilməli olduğu açıq şəkildə göstərilib.
Rusiya prezidentinin fərmanına əsasən, sanksiyalar tətbiq etməyən ölkələrin kreditorları ödənişi avro və ya dollarla ala bilərlər. Bununla belə, burada da istisnalar nəzərdə tutulub.
Rusiyanın defolt məsələsində tarixi təcrübəsi var. Bu ölkə 1998-ci il avqustun 17-də defoltla üzləşib. Bundan sonra ölkədə böhran başlayıb: rubl ilin sonuna kimi 3 dəfə dəyərdən düşüb, devalvasiya səbəbindən əhalinin həyat səviyyəsi kəskin şəkildə pisləşib. Bir anda avtomobillər, məişət texnikası və mənzillər böyük əksəriyyət üçün əlçatmaz olub. Rusiya sakinləri bahalı məhsulların - ət, balıq, meyvələrin istehlakını azaldıblar. Həm də söhbət təkcə qiymət artımından getmirdi: maaşlar və pensiyalar ciddi fasilələrlə ödənilirdi, əmanətlər isə dəyərdən düşmüşdü. Böhran ölkənin ən böyük özəl banklarının çökməsinə səbəb olmuşdu, bank sistemi bir neçə ay iflic vəziyyətində qalmışdı. Avqust böhranından Rusiya iqtisadiyyatının ümumi itkiləri təxminən 96 milyard dollar təşkil edib.
Bəs bu dəfə defolt olacağı halda, Rusiyanı nə gözləyir? Tətbiq olunan sanksiyalara görə ölkə artıq ən böyük xarici bazarlara çıxışından məhrum olub. Ancaq defolt elan olunarsa, kreditorlar Rusiyanın xaricdəki əmlakının satılması yolu ilə dəymiş ziyanı kompensasiya etmək hüququna malik olacaqlar. O cümlədən investorlar məhkəməni Rusiya aktivlərini Mərkəzi Bankın dondurulmuş valyuta ehtiyatlarının, ödənilməmiş borcun kompensasiyası kimi bölüşdürməyə inandıra bilərlər. Bu, Rusiya şirkətlərinə də aiddir: onların bir çoxu xarici kreditorlarla hesablaşma apara bilmədiyi üçün korporativ öhdəliklər üzrə defolt elan etmək məcburiyyətində qalacaq. Bundan başqa, ölkənin aşağı kredit reytinqləri səbəbindən sanksiyalar yumşalandan sonra belə onlar üçün xarici bazarlarda borc götürmək çətin olacaq. Bu isə mal və xidmətlərin qiymətlərinin artmasına səbəb olacaq.
Defoltdan sonra istənilən xarici investisiya faktiki olaraq çox uzun müddət dayanacaq, çünki Rusiya son dərəcə yüksək riskləri olan bir iqtisadiyyat kimi qəbul ediləcək. Və itirilmiş mövqeləri bərpa etmək üçün nə qədər vaxt lazım olacağı məlum deyil. Mümkün defoltun ən xoşagəlməz təsiri milli valyutanın devalvasiyasıdır. Dövlət xarici investorların etimadını itirir. Milli valyuta məzənnəsi düşür, qiymətlər qalxır, əmanətlər dəyərdən düşür.
Hər halda, aprelin 15-nə qədər vaxt var. Və defolt bir neçə amildən - Ukraynadakı hərbi əməliyyatın müddətindən, sanksiyalardan və borcların bir hissəsinin ödənilməsi imkanından asılı olacaq.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

