Ukrayna Azova çıxışını itirdi...
24.05.2022 [10:31]
Dünya necə təhdid olunur?
Taleh AĞAVERDİYEV
Krımın Rusiya prezidenti yanında daimi nümayəndəsi, regional hökumətin baş nazirinin müavini Georgi Muradov Azov dənizinin statusunu dəyişərək Rusiya ilə “Donetsk Xalq Cümhuriyyəti” üçün birgə dənizə çevrildiyini bildirib. O, hesab edir ki, Ukrayna Xerson və Zaporojye vilayətlərinin statusu müəyyən edildikdən sonra Azov dənizinə və ona bitişik su sahəsinə çıxışını itirəcək. Mayın 11-də Muradov Ukraynanın cənubunun Rusiyanın bölgəsinə çevriləcəyini də bəyan edib.
Azov dənizi Ukrayna və Rusiya arasında yerləşir, Krımın şərq sahillərini, Zaporojye, Donetsk, Rostov vilayətlərinin sahillərini və Krasnodar diyarının qərb sərhədlərinin bir hissəsini yuyur. Kerç boğazı vasitəsilə Qara dənizə bağlanır. Qeyd edək ki, Azov dənizi ilə bağlı Rusiya-Ukrayna münasibətlərində gərginlik uzun müddətdir ki, mövcuddur. Kerç boğazında Tuzla adası ilə vəziyyətin gərginləşməsindən sonra 2003-cü ildə imzalanmış müqaviləyə əsasən Azov dənizi iki ölkənin daxili suları hesab olunurdu. Razılaşmaya əsasən, Azov dənizində “ərazi suları” anlayışı və müstəsna iqtisadi maraqlar zonası konsepsiyası fəaliyyət göstərmir. Nəticədə, Rusiya Azov dənizində hökmdarlıq edirdi: 2014-cü ildən sonra rus sərhədçiləri Berdyansk və Mariupol limanlarına gedən ticarət gəmilərini getdikcə daha tez-tez saxlayıb baxış keçirirdil?r, nəticədə gəmi sahibləri alternativ axtardılar və Ukrayna limanları itki verdi. Rusiya donanmasının Qara dənizdəki gücünü nəzərə alaraq, Kiyev Rusiyanın hərəkətlərinə qarşı çıxa bilmədi və müqaviləni denonsasiya etməyə çağırışları getdikcə artırdı.
Bu su hövzəsinin iqtisadi əhəmiyyəti son dərəcə yüksəkdir. Hələ orta əsrlərdə tatar-monqollar Azov dənizini Balıq dənizi adlandırırdılar və bu təəccüblü deyil: orada həqiqətən çoxlu balıq var. Burada 70-dən çox müxtəlif növ balıq yaşayır. Ticarət nöqteyi-nəzərindən insanı maraqlandıran ən qiymətli növlər nərə, siyənək, beluga, ulduzlu nərə balığıdır. Həmçinin Azov dənizi mineral və xammal anbarı hesab olunur, dəniz dibinin mərkəzi hissəsində neft və təbii qaz yataqları var. Sahil zolağında tikinti üçün çınqıl və qum çıxarılır. Burada almaz və filiz mineralları aşkar edilib. Tibb sənayesi üçün dəniz yosunu də yığılır. Çoxlu istirahət mərkəzləri, sanatoriyalar, dispanserlər və turizm kompleksləri var.
Lakin hər şeydən əvvəl Azov dənizi Ukrayna üçün mühüm nəqliyyat arteriyasıdır. Əsas limanları Mariupol və Berdyanskdır (Zaporojye vilayəti). Bu limanlar vasitəsilə taxıl məhsulları da daşınır.
Müharibədən əvvəl Ukrayna təxminən 47 milyard dollar dəyərində bütün yüklərin 70%-dən çoxunu dəniz limanları vasitəsilə ixrac edirdi. Fevralın 24-dən etibarən dəniz qapıları Rusiya donanması və gəmi əleyhinə minalar tərəfindən bloklanıb. Limanların blokadası səbəbindən Urkayna iqtisadiyyatı hər gün təxminən 170 milyon dollar itirir.
Hazırda Ukrayna Mariupol və Berdyansk limanlarına nəzarət etmir. Rusiya Federasiyası Xerson vilayətini, eləcə də Zaporojye vilayətinin Azov hissəsini nəzarətə götürüb. Rusiya qüvvələri Krımdan Donbassa qədər geniş dəhliz saxlayır və Xersondan Odessaya qədər irəliləməyə çalışır. Sonuncu alınarsa, Ukrayna Qara dənizə də çıxışını itirəcək.
2014-cü ilə qədər Mariupol Dəniz Ticarət Limanı üç ən böyük limandan biri idi - liman vasitəsilə ildə təxminən 15 milyon ton yük daşınırdı. 2014-cü ildə Donbassda müharibə başlayandan sonra limanın göstəriciləri üç dəfə aşağı düşüb. Liman böyük müharibəyə təxminən 7 milyon tona yaxın dövriyyə ilə yaxınlaşdı. Müharibənin əvvəlində limanda 300 min tona yaxın yük var idi, altı gəmi limanda bloklanıb.
Xerson limanı (dövriyyəsi təxminən 3 milyon ton) talan edildi, yedək gəmiləri, müxtəlif növ texnikalar, taxıl partiyaları oradan çıxarıldı. Berdyanskda (təxminən 2 milyon ton) vəziyyət fərqlidir. Ruslar oradakı limanı ələ keçiriblər, lakin Ukrayna bayraqları götürülmür. Bununla belə, limanın fəaliyyəti dayandırılıb.
Beləliklə, Azov dənizinə çıxışının itirilməsi onsuz da müharibə nəticəsində məhv olmuş Ukrayna iqtisadiyyatına çox ağır zərbə vuracaq. Bundan əlavə, xatırlatmaq yerinə düşər ki, Ukrayna dünya bazarına buğdanın əsas tədarükçülərindən biridir. Hazırda Odessa və digər şəhərlərin anbarlarında ixrac üçün nəzərdə tutulan yüz minlərlə ton taxıl qalır. BMT-nin hesablamalarına görə, Ukraynada müharibə 400 milyon insanı aclıq astanasına gətirəcək. Bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş, hətta Rusiya və Belarusdan gələn kalium gübrələrinə qarşı sanksiyaların yumşaldılmasını təklif edib. Bunun müqabilində o, Moskvadan Ukraynadan dəniz limanları vasitəsilə taxıl ixrac etmək imkanını açmasını istəyir.
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
