Türkiyə yeni antiterror əməliyyatına başlayır?
02.06.2022 [10:47]
Bu dəfə Suriya sərhədindəki terror yuvaları zərərsizləşdiriləcək
Pərviz SADAYOĞLU
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada yeni antiterror əməliyyatlarının başlayacağına dair açıqlamasından sonra Suriya sərhədində hərbi hərəkətlilik başlayıb. Türkiyə mətbuatının verdiyi xəbərə görə, türk pilotsuz uçuş aparatları və helikopterlər terrorçuların mövqelərində kəşfiyyat uçuşları həyata keçirir. Hərbi mənbələrin məlumatına görə, Türkiyə ordusu pilotsuz uçuş aparatları ilə terrorçuların həmlələrini fasiləsiz müşahidə edir. Məlumata görə, Türkiyə ordusu ilk olaraq Şanlıurfa ilə sərhəddə yerləşən Hələbin Ayn əl Ərəb bölgəsini terrorçulardan azad edəcək. Növbəti hədəf isə Tel Rifat bölgəsi olacaq. PKK/PYD qruplaşmasının liderləri isə öz xəbər platformaları vasitəsilə dünya ölkələrinə çağırış edərək, Türkiyənin dayandırılmasını istəyiblər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 23-də Nazirlər Kabinetinin iclasında ölkəsinin təhlükəsizliyinin təminatı ilə bağlı məsələyə aydınlıq gətirmişdi. O bildirmişdi ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Türkiyə lideri qeyd etmişdi ki, Türkiyə cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonasının yaradılması prosesini başa çatdırmaq niyyətindədir: “Türkiyəyə təhdid yaradan terror təşkilatlarına hər cür dəstək verərək onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəksinlər”.
Mayın 26-da Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunan əsas məsələlərdən biri də məhz cənub sərhədlərinin təhlükəsizliyinin təmini ilə bağlı olmuşdu. Toplantıdan sonra verilən açıqlamada bildirilmişdi ki, iclasda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, ölkənin milli birliyinə və həmrəyliyinə, suverenliyinə qarşı hər cür təhdid və təhlükəyə qarşı qətiyyət və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar və əlavə tədbirlər müzakirə edilib. Bundan başqa, ölkənin cənub sərhədlərinin terror təhlükəsindən təmizlənməsi məqsədilə hazırda həyata keçirilən və ya aparılacaq əməliyyatların heç bir halda qonşuların ərazi bütövlüyü və suverenliyini hədəfə almadığı, milli təhlükəsizliyin zərurət olduğu açıqlanmışdı. Qeyd olunmuşdu ki, bu əməliyyatlar həm də Türkiyənin qonşularının sülh və təhlükəsizliyinə ciddi töhfə verəcək.
Yeri gəlmişkən, bir müddətdir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə - Kilit” adlı əməliyyat keçirir. İraqın şimalındakı terror yuvalarını məhv etmək üçün hazırlanan əməliyyatda PUA və helikopterlərlə terrorçulara zərbələr endirilir, xüsusi təyinatlı komandoların iştirakı ilə quru əməliyyatı həyata keçirilir. “Pəncə-Kilit” əməliyyatı Metina, Zap və Avaşin-Basyan bölgələrini əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37

