Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qeyri-peşəkarlıq, yoxsa qərəz?

Qeyri-peşəkarlıq, yoxsa qərəz?

21.06.2022 [10:16]

Məqsəd nədir - Jak Şirakı yüksəltmək, yoxsa Azərbaycan dövlətini kiçiltmək?

Heydər Əliyevin humanizm siyasəti nə üçün Fransa prezidentinin adı ilə əlaqələndirilir?

Nurlan QƏLƏNDƏRLİ

İnformasiya ictimai rəyi qidalandıran məhsuldur. Cəmiyyətin sağlam, dövlətin güclü, dövlətçiliyin isə möhkəm olması üçün ictimai-siyasi və ideoloji qida növü kimi yeni, keyfiyyətli və zərərsiz olmalıdır. Təkcə standartlara yox, ən əsası, milli maraqlara cavab verməlidir.

Təəssüflər olsun ki, informasiya istehsalı ilə məşğul olduğu söylənilən bəzi resurslarda ciddi səhvlərə yol verilir - hadisələrin mahiyyəti təhrif olunur, qeyri-adekvat ifadələrdən istifadə edilir və s. Bu isə təkcə ictimai rəyin qüsurlu yanaşma ilə zəhərlənməsi deyil, həm də faktların yanlış təqdim olunması, tarixin təhrifi, dövlətçiliyin hədəf göstərilməsidir.

Bu günlərdə 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək ölkəmizdə kənd təsərrüfatı naziri vəzifəsində çalışmış Müzamil İmran oğlu Abdullayevin vəfatı ilə əlaqədar xəbər verildi. İnformasiyanın mətni konkret, sadə - anlaşılan idi: “Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev 81 yaşında dünyasını dəyişib. Mərhum Gəncədə torpağa tapşırılacaq”. Lakin bir gün sonra saytlardan biri bu xəbəri genişləndirərək (əslində, zərərli siyasi məzmun verərək) yaydı. Amma həmin materialda əks olunanlar (xüsusilə yazının sərlövhəsi) birbaşa dövlətin, müstəqil Azərbaycan dövlətinin banisi, bənzərsiz tarixi xidmətlər göstərmiş Heydər Əliyevin şəxsiyyətinin hədəfə alınmasıdır.

Sərlövhəyə diqqət yetirin: “Heydər Əliyevin həbs etdirdiyi, Jak Şirakın həbsdən buraxdırdığı eks-nazir öldü”. Müzamil Abdullayevin tərcümeyi-halı isə sərlövhəni də, materialı da istisna və inkar edir. Diqqət yetirək:

- Müzamil Abdullayev Heydər Əliyev tərəfindən həbs yox, vəzifədən azad edilib. Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladığı fərmanda belə qeyd edilmişdi: “Müzamil İmran oğlu Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin”.

Digər tərəfdən, sabiq nazir 1996-ci ildə vətənə xəyanət ittihamı ilə təqsirləndirilərək ölüm cəzasına məhkum edilib, sonra hökm “ömürlük azadlıqdan məhrumetmə” ilə əvəzlənib. M.Abdullayevin cəzası daha sonra 15 illik həbslə əvəz edilib. M.Abdullayevin qanun qarşısında cavab verməsi - hüquqi məsuliyyətə cəlb olunması prezidentin yox, məhkəmənin müvafiq qərarı əsasında olub. Azərbaycan hüquqi dövlətdir və insanlar vəzifəsindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Qanun pozuntusunun nəticəsi isə şəxsin hüquqi məsuliyyətə cəlb edilməsidir. Bu prosesdə qərarverici orqan hakimiyyətin üç qolundan biri olan məhkəmələrdir. Ona görə də “Heydər Əliyevin həbs etdirdiyi” ifadəsindən istifadə etmək təkcə qeyri-peşəkarlıq deyil, həm də kobud siyasi səhv - ciddi xətadır;

- M.Abdullayev 1999-cu ildə Heydər Əliyevin əfv Fərmanı ilə bağışlanıb - azadlığa buraxılıb. Yəni sabiq nazir ümummilli liderimiz tərəfindən həbs yox, əfv olunub. Digər tərəfdən, Fransa prezidentinin Azərbaycanda bəzi məhkumların əfv olunması ilə nə əlaqəsi? Məgər fərman Jak Şirak tərəfindən verilib?

Həmin mənbənin və digər bir saytın belə bir iddia ilə çıxış etməsi, sadəcə olaraq, absurddur. Üstəlik, “deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak xahiş edibmiş” yazırlar. Kimin dediyinə görə? Axı heç kim bunu deməyib, həmin iki saytdan başqa heç bir yazılı və elektron mənbədə (hətta mərhumun tərcümeyi-halında, onunla bağlı yazılarda, qohum-əqrəbasının hansısa açıqlamasında və s.) belə bir fikir, iddia yoxdur. Belə olan halda, Heydər Əliyevin humanizm siyasətinin Jak Şirakın adı ilə əlaqələndirilməsi nə qədər doğrudur? Məqsəd nədir, Şirakı yüksəltmək, yoxsa Azərbaycan dövlətini kiçiltmək?

Daha bir sual: bu hal qeyri-peşəkarlıqdır, yoxsa qərəzlilik? Belə bir materialın hazırlanması hansı zərurətdən doğub, hədəf nədir?

Zənnimizcə, bu, sıradan yanlışlıq və təhrif deyil, dövlətə, dövlətçiliyə dair kifayət qədər ciddi məsələdir. Suallara isə mütləq cavab tapılmalıdır.

Paylaş:
Baxılıb: 164 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31