İrana “məsləhət verənlər”...
08.02.2023 [10:31]
Əli Kərimli ya İran şəbəkəsindən xəbərdardır, ya da...
İranın ölkəmizə qarşı düşmənçiliyə əsaslanan siyasət yürütməsi yanvarın 27-də baş verən terror aktı ilə bir daha təsdiqləndi. Baş verən terror aktının əsl üzünün gizlədilməyə çalışılması da bundan xəbər verir. Eyni zamanda, ölkəmizdə İranın böyük bir casus şəbəkəsinin aşkarlanması, ifşa olunması, onların Azərbaycan dövlətçiliyinin əleyhinə apardıqları fəaliyyətin detalları Azərbaycan ictimaiyyətində İrana qarşı birmənalı münasibətin formalaşmasına yol açır.
Təəssüfləndirici haldır ki, özünü “partiya sədri”, adını “siyasətçi” qoyanların bir qismi isə bu prosesdə dövlətin yanında yer almaqdansa, düşmənə “sığınır”, hətta ona məsləhətlər belə verir. Məsələn, AXCP sədri Əli Kərimli İran rəsmilərinə və onların ölkəmizdə olan uzantılarına - burada qurduqları cəsus şəbəkəsinə təəssübkeşliyini açıq şəkildə bilirir. Əli Kərimli hətta İran rəsmilərinə Azərbaycana qarşı fəaliyyət sərgiləyərkən ehtiyatlı davranmağa və illər boyunca səy göstərib respublikamızda qurduqları şəbəkəni qorumalarının “vacibliyini” belə qeyd edir. Sitat: “İran rəsmiləri Azərbaycanla bu münaqişəni, mübahisəni dərinləşdirən zaman bir itkilərini də nəzərə almalıdırlar. Dediyim kimi, onlar uzun illər ərzində səy göstəriblər, Azərbaycanda müəyyən bir şəbəkə qurublar. Özlərinə bağlı olan bir şəbəkə var. İstənilən situasiyada İranın mövqeyini müdafiə edən bir şəbəkə var, onları da pis vəziyyətdə qoyurlar”.
Bu nə deməkdir? Bu, Ə.Kərimlinin “İran təəssübkeşliyi” ilə yanaşı, həm də hüquqi məsuliyyət yaradan fikirlərdir. Yəni, Əli Kərimlinin İranın Azərbaycanda qurduğu cəsus şəbəkəsi barədə kifayət qədər geniş məlumata malik olması kimi anlaşılır. Belə olan halda isə Ə.Kərimli hələ ifşa edilməmiş casus şəbəkəsindən də xəbərdardır. Eyni zamanda, Ə.Kərimli həm də bu şəbəkənin ifşa edilməsində hüquq-mühafizə orqanlarına yaxından kömək edə bilər. Əks halda faktlar AXCP sədrinin də İran rəsmilərinin, cəsus şəbəkəsinin yanında yer aldığını təsdiqləyir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, İran seqmentinə daxil olan, oradan qidalanan bəziləri məsələnin mahiyyətini təhrif edərək təqdim etməyə cəhdlər göstərirlər. Onlar İranda səfirliyimizə qarşı baş verən terror aktını az qala öz dövlətimizin və ya iqtidarın ayağına yazmaq istəyirlər. Və bunu çox rahatlıqla və həyasızcasına təqdim etməyə çalışırlar: “Bu kimi addımlar əslində məqsədyönlü şəkildə edilir. Çünki izi azdırmaq üçün, yaxud da özlərinin bu şəbəkədəki mövcudluqlarını gizlətmək üçün bu yollara əl atırlar. Amma artıq bütün məsələlər göz qabağındadır. Biz belə şeylər edəcək tərbiyəyə malik dövlət deyilik. Bunu ancaq İran edə bilər və özünə rəva bilər. Həm də İranın ilk belə addımı deyil. Bu kimi terroru bütün ölkələrə qarşı da ediblər. Məsələn, Böyük Britaniya səfirliyinə edilən hücum yaddan çıxmayıb. Məsələnin mahiyyəti odur ki, onların yanaşma tərzi dəyişməyib”.
F.Mustafa bildirib ki, Əli Kərimli adlı şəxs İran xüsusi xidmət orqanları ilə əlaqəsi bilinən Taleh Bağırzadənin müraciətlərini öz sosial şəbəkə səhifəsində yerləşdirib yayırdı. Millət vəkili vurğulayıb ki, buna insan haqları kontekstindən yanaşmaq gülünc görünər. “O, elə həmin şəbəkənin içində olanlardan biridir. Guya özü fərqli bir yerdən gəlibmi? Bu günə qədər də ayaqda durmasının əsas səbəbi məhz həmin şəbəkə ilə bağlı olmasıdır. Ona görə də bu cür açıqlamalar verir. Əli Kərimlinin guya Amerika, Avropa dəyərlərənin daşıyıcısı olduğu iddia edilir. Bəs necə olur ki, bu adam həm də İranın bu kimi “dəyərlərinin” təbliğində önəmli rol oynayır? Bu necə ola bilər? Diqqət yetirsək, belə izahat və ya məsləhət verənlərin, hətta sosial şəbəkədə söyüş söyənlərin hamısının mənbəyindən İran çıxacaq. Avropada yaşayan və hədyan yayanlara da bütün şayiə, şantaj, bütün materiallar İran xətti ilə ötürülür. Həmin şəxslər də İran xətti ilə idarə olunurlar. Bunlar hamısı bilinən məsələlrdir. İndiyə qədər bunların çoxu bilinmirdi. Artıq bilinir və ümid edirəm ki, bundan sonra hansısa məsələlərdə korrektələr ediləcək”, - deyə millət vəkili əlavə edib.
Politoloq Qabil Hüseynli isə hələ də belə fikirli insanların varlığına hədsiz dərəcədə təəccübləndiyini bildirib. O qeyd edib ki, İran 30 ildir Azərbaycanda casus şəbəkəsini formalaşdırmaqla məşğuldur. Bu casus şəbəkəsi müxtəlif dövlət qurumlarına, əhali içinə, dini seqmentə sızdıraraq, əhalinin bir hissəsini də müxtəlif şirnikləndirmək yolu ilə ələ almaq istəyib: “Onlar insanları İrana agentlik etməyə təhrik ediblər. Belə bir şəraitdə mövcud situasiya dövlətin mövcudluğu ilə bağlı bir məsələdir. Və belə məsələlərlə bağlı çox həssas bir məqamı yaşayırıq. Başqa bir dövlət, İran kimi bizim qanımıza susamış bir dövlət Azərbaycana müxtəlif yollarla siraət edib dövlətçiliyimizi, milli birliyimizi, Azərbaycanın dinamik inkişaf edən iqtisadiyatına dil uzadır, gözdən salmağa çalışır. Adını siyasətçi qoyan bu kimi şəxslər isə mili dövlətçiliyin yanında deyilsə, İran kimi bir rejimin hansısa mövqelərinə hətta ötəri münasibət bəsləyirsə, əksər hallarda isə ona məsləhətverici statusda dayanırsa, bu, başdan ayağa siyasi xəyanətdir, milli xəyanətdir. Belə şəxsləri mən heç cür anlaya bilmirəm. Necə yani, müstəqil Azərbaycanı müdafiə etməyib, kimi müdafiə edəcəklər? Belələri özünü siyasi “lider” adlandırır, hətta hakimiyyətə gəlmək xəyalı qurur. Belə olan halda Azərbaycan dövlətçiliyinin qanına susamış bir dövlətin yaramaz hərəkətlərinə bəraət qazandırmağa çalışmaq, yeri gələndə bu hərəkətlərlə bağlı yanlış fikirlər formalaşdırmağa cəhd göstərməyə xəyanətdən başqa ad vermək çətindir”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

