Qriqoryanın “mexanizmi”...
16.02.2023 [10:34]
Və ya Ermənistan yenə manipulyasiyaya əl atır
Vətən müharibəsinin nəticələri regionda yeni siyasi reallıqlar formalaşdırdı. Tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Bu müqavilə iki dövlət arasında ən əsas məsələyə - sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirəcək və hər iki dövlət qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyacaq. Nəzərə alsaq ki, Ermənistan artıq ötən ilin oktyabrında keçirilmiş Praqa Sammitində və Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib, proses daha rahat şəkildə inkişaf etməlidir. Bu, Qarabağın Azərbaycanın daxili işi olduğunun növbəti təsdiqi kimi qiymətləndirilir. Hər hansı bir xarici dövlət bu məsələyə qarışa bilməz.
Ermənistanın yeni manevri...
Eyni zamanda, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistanın Qarabağda yaratdığı qondarma separatçı qurumla hər hansı bir məsələni müzakirə etmək fikrində deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Cinayətkar separatçı qurumla isə hər hansı bir müzakirə aparılmayacaq. Bununla belə, Ermənistan hakimiyyəti ciddi-cəhdlə beynəlxalq hüququ pozmağa niyyətlənib - onlar Qarabağdakı separatçı rejimi “tərəf” kimi təqdim etməyə çalışırlar.
Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan mediasına açıqlamasında bildirib ki, Ermənistan Xankəndi ilə Bakı arasında müzakirələrin beynəlxalq platformada baş verməsinin tərəfdarıdır. İrəvan bu mexanizmin yaradılması üçün tərəfdaşları ilə işləməyə davam edir”. “Sülh müqaviləsində hər şey aydın şəkildə göstərilməlidir. Ermənistan tərəfi bunun üzərində işləyir, biz qarant institutunun yaradılmasının tərəfdarıyıq. Bu, Ermənistan tərəfinin mövqeyidir. Bu mexanizm müzakirə olunan başqa bir beynəlxalq müqavilədə qeyd oluna bilər. Sənəd hələ yekun deyil, danışıqlar gedir, ictimaiyyətin aydın cavablar gözlədiyi aydındır, amma bu, danışıqlar prosesidir. Azərbaycanın bizə təhvil verdiyi mətn üzərində işlədik. İndi erməni tərəfi təklif üzərində çalışır və düşünürəm ki, mətn ən qısa zamanda hazır olacaq”, - deyə Qriqoryan bildirib.
Qriqoryanın “sazişi”...
Qriqoryan deyir ki, sülh müqaviləsi layihəsində Qarabağın adı çəkilir, lakin nəzərə almaq lazımdır ki, sənəd hələ yekun deyil, çünki danışıqlar davam edir. Sülh sazişində “Dağlıq Qarabağ” məsələsinin hər hansı formada qeyd olunmasının Ermənistan üçün prinsipial olub-olmaması ilə bağlı suala Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Ermənistan tərəfi üçün “beynəlxalq” kimi görünən mexanizmin qurulması daha vacibdir. Onun çərçivəsində Bakı və Xankəndi (separatçı qurum nəzərdə tutulur) təhlükəsizlik və hüquq məsələlərini müzakirə edəcək. Hansı formatda ediləcək - fərqi yoxdur. Əsas odur ki, mexanizm yaradılsın”.
Birincisi, Qriqoryanın iddia etdiyi “saziş” Ermənistanın arzularıdır. Bu hansısa saziş layihəsi belə deyil - Ermənistanın manipulyasiya üçün əlində tutduğu bəhanədir. Ermənistan yaxşı bilir ki, Azərbaycanın bu kimi manipulyasiyalara cavabı necədir. Sadəcə, indiki halda manevrlərə əl atmaqla nəsə qazanmaq niyyətinə düşüb. Amma bu kimi manevrlərin hər biri əbəsdir...
Bu olmayacaq...
Erməni tərəfinin separatçı rejimi tərəf kimi danışıqlara sürükləməsini “beynəlxalq mexanizm” kimi ütülü sözlərlə örtməyə çalışması artıq birinci hal deyil. Müəyyən dövrlərdə buna cəhdlər edilsə də, Azərbaycanın qəti mövqeyi bu məsələdə əsas rol oynayıb - separatçı rejimlə heç bir danışıq aparılmayacaq. Hətta bununla bağlı Prezident İlham Əliyev ötən il noyabrin 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, Ermənistan Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyir: “Bu olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.
Qriqoryan anlamır, yoxsa...
Beləliklə, Ermənistanın bu arzusu real deyil. Amma Qriqoryanın bu fikirlərinin də indiki məqamda səslənməsinin altında xüsusi maraqlar yatır. Belə ki, Fransanın və digər himayədarlarının Ermənistana və ya separatçı rejimə indiyə qədər göstərməyə çalışdıqları beynəlxalq dəstək puç olub. Bütün platformalarda Azərbaycan qələbə əldə edib - ekoaksiyalarla bağlı hər hansı bir hüquqi və ya siyasi qərar qəbul olunmayıb. Bu, ölkəmizin mövqeyinin beynəlxalq hüquqa söykəndiyini göstərir. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində öz qanunlarını tətbiq etməyə çalışır. Beləliklə, separatçı rejimin hər hansı bir “statusa” malik olmadığı növbəti dəfə sübut edilir.
Yeri gəlmişkən, Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive də bu ilin yanvarında İrəvana səfəri zamanı bildirmişdi ki, bu gün Fransa “Dağlıq Qarabağın” (qondarma rejim nəzərdə tutulur) müstəqilliyini tanımır - bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur. Demək ki, Fransanın imkanı olsaydı, beynəlxalq hüquq ona zərrə qədər imkan yaratsaydı, bu addımı atardı. Beləliklə, Qriqoryan da anlamalıdır ki, separatçılar hər hansı bir status daşımadıqları kimi, onların danışıqlarda iştirakı ilə bağlı da hər hansı bir mexanizm ola bilməz.
Üçtərəfli bəyanatda separatçılarla bağlı bir kəlmə də yoxdur
Əslində, Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması prosesində hüquqi istinad olaraq 2020-ci ilin noyabrın 10-da bağlanan üçtərəfli bəyanat əsas götürülür. Bu sənəddə də separatçılarla bağlı hər hansı bir fikir, hətta işarə belə yoxdur. Bəyanat Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanıb. Demək ki, Qriqoryanın iddia etdiyi kimi hər hansı bir separatçı qurum bu üç dövlət tərəfindən, ən əsası Ermənistan tərəfindən qəbul edilməyib. Belə olan halda isə, Ermənistanın bu manipulyasiyası da keçərli deyil. Rəsmi İrəvanın bu addımı sadəcə olaraq, növbəti dəfə sülh prosesini uzatmağa yönəlib...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09

