Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Novruz Məmmədov: Bölgədə status-kvonun dəyişdirilməsi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlamalıdır

Novruz Məmmədov: Bölgədə status-kvonun dəyişdirilməsi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlamalıdır

01.06.2011 [09:58]

“İyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə görüşü planlaşdırılır. Görüşə təkcə biz yox, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, onların prezidentləri böyük əhəmiyyət verir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, hər üç ölkə prezidentinin bu yaxınlarda verdiyi bəyanatı xatırladıb: “Orada münaqişənin tezliklə həll olunması ilə bağlı sanki bir tələb ortaya qoyulur. Bizim də istəyimiz ondan ibarətdir ki, həm Minsk qrupu həmsədrlərinin, həm də beynəlxalq ictimaiyyətin əsas tələbi - regiondakı status-kvonun dəyişdirilməsi istəyi reallaşsın. Status-kvonun dəyişdirilməsi münaqişənin həllində birinci mərhələnin, yəni Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. Düşünürəm ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq və müəyyən bəhanələrlə yenə danışıqlar prosesinin vaxtının uzanmasına səbəb olmayacaq”.

Paylaş:
Baxılıb: 967 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31