Əli Həsənov: Redaksiyaların istifadə etdiyi suya, qaza görə güzəşt tətbiq oluna bilər
23.07.2011 [02:47]
Bununla belə, PA rəsmisi vurğulayıb ki, Azərbaycan hakimiyyəti gələcəkdə mediaya daha artıq dəstək verəcək: “Bu gün lazımı qədər dəstək vermək üçün dövlət öz imkanlarını ölçüb-biçir. Amma gələcək illərdə biz bu istiqamətdə yardımları artıracağıq. Məsələn, hazırda dövlət qəzetlərə sifariş verir. O sifariş, əslində formal xarakter daşıyır. Biz qəzetlərin marağında olan məsələlərin yazılması üçün onlara pul veririk. Bu, çox sivil bir yoldur. Bu yolu biz xarici ölkələrin təcrübəsindəndə bilirik və onlara baxaraq bunu tətbiq edirik. Eyni zamanda, ən yaxşı jurnalistləri hər il bir-iki dəfə fərqləndiririk. Hazırda isə mətbuat işçiləri üçün yaşayış kompleksi tikilir, 154 mətbuat işçisi dövlətdən ev alacaq. Bunların hamısı dövlətin azad medianın inkişafına marağı deməkdir. Bundan sonrakı perspektiv getdikcə yaxşılaşacaq”.
Ə.Həsənov, həmçinin, vurğulayıb ki, hazırda yazılı mediaya dövlət reklamlarının verilməsi məsələsinin üzərində də iş aparılır: “Yəni hər bir dövlət orqanının büdcəsində bilirsiniz ki, ictimaiyyətlə əlaqələrə, marketinq işinə, öz fəaliyyətinin işıqlandırılmasına müəyyən qism vəsait ayrılır. Bu vəsaitlərin sistemli olaraq yazılı mediaya elanlar şəklində və yaxud başqa sifarişlər şəklində verilməsi işi ilə bağlı biz Mətbuat Şurası və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təklifləri dəyərləndiririk. Yəqin ki, gələcəkdə bunun da üzərinə gedəcəyik. Eyni zamanda büdcəmiz artdıqca Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun büdcəsi də artacaq. Ev tikintiləri də bundan sonra davam etdiriləcək. Redaksiyaların istifadə etdiyi suya, qaza görə güzəşt tətbiq oluna bilər. Bu istiqamətdə işlər görülür. Bunlar sistemləşdirilir. Dövlət başçısına məruzə olunub, rəy alındıqca addımlar atılacaq. Əsas məsələ odur ki, təkrar edirəm Azərbaycan cəmiyyəti ilə media arasında, Azərbaycan dövlətçilik maraqları ilə media arasında ziddiyyətlər, neqativ hallar aradan qaldırılsın. Azərbaycan jurnalistikası üçün 50 min adamın buradan dolanması çox çətindir. Bu insanların çoxu peşəkar deyil və ayrı-ayrı sahələrdən gəlib. İndi ayrı-ayrı sahələrdə iş yerləri açılıb və bu insanlar ən yaxşı hallarda öz peşələrinə getsələr peşəkar jurnalistlər də media sahəsində fəaliyyət göstərərək maddi məsələlərini həll edib sosial vəziyyətini yaxşılaşdıra bilərlər. Medianı ən çox nüfuzdan salan məsələ isə “reket” jurnalistikası, mediadan sui-istifadə halları, mediadan hələ də ayrı-ayrı insanlarla haqq hesab çəkmək, ayrı-ayrı insanlarla şəxsi məsələləri həll etmək vasitəsi kimi istifadə etməkdir. Bunlar aradan qalxandan sonra azad medianın əhatəsi, dairəsi də genişlənəcək və media heç kəsdən asılı olmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

