Nazirlər danışdılar...
10.06.2023 [10:13]
İran Azərbaycana qarşı yanlış mövqeyindən əl çəkəcəkmi?
N.BAYRAMLI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tehran səhvləri özündə axtarmalıdır
Nazirlərin telefon danışığı nədən xəbər verir? İran Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkəcəkmi? Qeyd edək ki, son zamanlar tərəflər arasında gərginliyin aradan qaldırılması, münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif bəyanatlar səsləndirilir. Lakin bunun üçün ilk növbədə, İranın mövqeyinin müsbət mənada dəyişməsi lazımdır. Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də, Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Lakin İran hakimiyyəti həmişə Azərbaycanın xoşməramlı addımlarını geri çevirib, rasional düşüncələrdən deyil, sağlam olmayan davranışlar sərgiləyib. Xüsusilə, 44 günlük Vətən müharibəsində dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra Tehran rejiminin aqressiv ritorikası daha da güclənib.
İran Ermənistana niyə “vəkillik” edir?
Ölkəmizi bir sıra məsələlərdə əsassız olaraq ittiham edən İranın məhz İslamın düşməni olan Ermənistanla münasibətləri gücləndirməsi qəbulolunmazdır. Son 30 il ərzində İran faktiki olaraq Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğal və talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılmasına və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. Zəngəzur dəhlizi məsələsinə gəlincə, İran Ermənistanın “vəkili” kimi çıxış edir. Rəsmi Tehranın tələsik şəkildə Qafan rayonunda konsulluq açması da bunu təsdiqləyir.
Bu ilin yanvar ayında isə Tehrandakı səfirliyimizə terror hucumu da bu kontekstdə şərh olunmalıdır. Video-faktlardan da göründüyü kimi Tehranın hüquq-mühafizə orqanları terror baş verən zaman onun qarşısını almaq üçün heç bir addım atmayıb. Halbuki, bu cinayət İran polislərinin gözü qarşısında baş verdi. Digər tərəfdən isə, İran hakimiyyəti terrorçunu himayə etməyə çalışır və bu məqsədlə şəffaf istintaqın aparılmasına imkan vermir. Bundan başqa, İranın ölkəmizdə casus şəbəkəsi yaratması, “Kərimə dövləti” məsələsi, Təbriz Universitetində “Azərbaycanşünaslıq” fakültəsinin bağlanması, Təbrizdəki konsulluğumuza qarşı terror təhdidi, bəzi diplomatlarımızın əsassız olaraq ölkədən çıxarılması, azərbaycanlı tələbə Fərid Səfərlinin bu ölkədə əsassız olaraq həbs olunması da İranın Azərbaycana qarşı qəbuledilməz münasibətinin göstəriciləridir.
Eləcə də, Tehran rejimi uzun müddətdir ki, öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti yeridir. İranda Azərbaycana qarşı sistemli təbliğat aparmaq üçün “ixtisaslaşmış” KİV, sosial şəbəkə hesabları yaradılıb. “Səhər TV”nin, “Nur-az” xəbər portalının və digərlərinin fəaliyyəti buna əyani misaldır. Azərbaycan dövlətinə qarşı neqativ təbliğat aparmaq üçün təkcə “Facebook” və “Telegram” şəbəkələri üzərindən çoxlu sayda hesab açılıb. Bunların arxasında İran hakimiyyətinin və bu ölkənin xüsusi xidmət orqanlarının dayanması faktı hər kəsə məlumdur. Belə olan halda isə Azərbaycan KİV-inin İran hakimiyyətini tənqid etməsi tamamilə əsaslıdır.
Yanlış siyasət İranın özünə ziyandır
Ölkəmizə qarşı yanlış siyasət isə İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasına deyil, əksinə daha da pisləşməsinə xidmət edir ki, bu mənfi tendensiya mövcud vəziyyətdə ilk olaraq elə məhz İranın ziyanınadır. Xatırladaq ki, bir müddət öncə də İran xarici işlər naziri azərbaycanlı həmkarı ilə telefon danışığında “İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir” ifadəsini işlətmişdi. Şübhəsiz ki, rəsmi Tehran mövcud situasiyanın diktə etdiyi şərtləri də nəzərə alaraq Bakı ilə qarşıdurmadan geri çəkilməyin vacibliyini anlamamış deyil. Bu, müsbət məqamdır. Amma yetər ki, rəsmi Tehran səmimi olsun, ölkəmizə qarşı qərəzindən əl çəksin və Ermənistana vəkillik etməsin. İran son zamanlar region xaricindən gələn bəyanatlardan daha da aydın görür ki, bölgədə üstünlük hansı aktora verilir. Ona görə də, elə İranın öz xeyiri baxımından qırmızı xətti keçilməməli olan aktor varsa, bu, ilk növbədə Azərbaycandır. Bütün bunları nəzərə alaraq rəsmi Tehran ölkəmizə münasibətdə səhvlərini və yanlış siyasətini aradan qaldırmalıdır.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

