Nazir: "Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir"
25.06.2023 [16:02]
Xarici işlər naziri Ceyhun Bayramov YUNESKO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan və YUNESKO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin cari ilin 26-29 iyun tarixlərində dünyada bədən tərbiyəsi və idman sahəsində ən əhəmiyyətli tədbirlərdən biri olan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransına (MINEPS) ev sahibliyi etdiyi və bir çox ölkələrdən yüksək səviyyəli rəsmilərin iştirakı məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsinin görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdid olduğu bildirilib.
YUNESKO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili, Azərbaycanın YUNESKO ilə aktiv əməkdaşlıq etdiyini bildirərək, MINEPS-in Bakıda keçirilməsinin bu əməkdaşlığın bariz nümunələrindən biri olduğunu bildirib. Bu xüsusda, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür ifadə olunub.
Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial və humanitar elmlər sahəsində YUNESKO tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka və idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

