"Geostrategiya" aylıq ictimai-siyasi, elmi-populyar jurnalının avqust nömrəsi çapdan çıxıb
20.09.2011 [10:45]
“Geostrategiya”nın avqust nömrəsi tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyevin “Sovetlər İttifaqının dağılması ərəfəsində milli münasibətlər problemi və Cənubi Qafqaz” məqaləsi ilə açılır. Məqalədə ötən əsrin 80-ci illərində sosialist imperiyasının dağılmasının səbəbləri, bunun nəticəsində milli münasibətlərdə yaranmış problemlər təhlil süzgəcindən keçirilir, Cənubi Qafqazda baş verən münaqişələrin səbəbləri elmi cəhətdən qiymətləndirilir.
Jurnalda verilmiş maraqlı yazılardan biri də “Qərbin inkişafının paradiqması”dır. Bu məqalənin müəllifi professor Şahlar Əsgərov dünyada gedən proseslərin əsas subyektinin Qərb, obyektinin isə Şərq olduğunu elmi-populyar dildə təhlil edir, dünyanın bu iki qütbü arasında yaranmış fərqləri elmi mənbələrdən gətirdiyi dəlillərlə əsaslandırmağa çalışır.
“Region” rubrikasında tarix üzrə fəlsəfə doktoru Elman Nəsirovun “İranın “nüvə inadkarlığı” və onun motivləri” sərlövhəli maraqlı yazısı yer alıb. Məqalədə bu məsələ ilə bağlı İranın mövqeyini müəyyən edən geosiyasi, hərbi-siyasi və milli-psixoloji amillər şərh olunur.
Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun “Xəzər dənizinin geosiyasəti: 1995-1999-cu illərdə siyasət, diplomatiya və hüququn qarşılıqlı əlaqəsi” məqaləsi də jurnalın bu nömrəsinin maraqlı yazılarındandır. Məqalədə Xəzərin statusunun müəyyənləşdirilməsi, onun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində aparılan danışıqlar, bu məsələdə Xəzəryanı ölkələrin mövqeləri şərh edilir.
Jurnalın bu nömrəsində “BMT-Azərbaycan əlaqələri: bu günü və perspektivləri”, “Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (təhlili xronika)”, “Müasir beynəlxalq münasibətlərdə Azərbaycan lobbisi: məqsəd və vəzifələr”, “Gəncə quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)” sərlövhəli məqalələr qoyulan problemlərin aktuallığı ilə diqqəti çəkir.
“Geostrategiya”da sənətşünas Ziyadxan Əliyevin “Səttar Bəhlulzadə dünyası” sərlövhəli yazısında görkəmli fırça ustasının bir-birindən bənzərsiz tablolarının ideya məzmunu şərh olunur, “İzlərimiz” rubrikasında İbrahim Əliyevin “Tur Heyerdal əfsanəsi” yazısında məşhur səyyahın Azərbaycana səfərləri ilə bağlı maraqlı məqamlar diqqətə çatdırılır.
Jurnalın bu nömrəsində iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzovun “Azərbaycanda aqrar sənaye klasterləri: gələcəyə baxış” sərlövhəli məqaləsində respublikamızda kənd təsərrüfatının inkişaf dinamikası statistik rəqəmlərin dili ilə şərh edilir.
Əvvəlki nömrələrində olduğu kimi, “Geostrategiya”nın bu nömrəsində də məqalələrin məzmununu tamamlayan rəngli fotoşəkillərdən istifadə edilib.
Xəbər lenti
Hamısına baxSosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03

