Qara dəliklər...
11.08.2023 [11:10]
Aİ-nin Ermənistana ayırdığı 32 milyon avro haraya xərclənəcək?
Pis qonşuluq və təcəvüzkarlıq siyasətinin nəticəsində dalan ölkəyə çevrilən və bütün investisiya cəlbediciliyini itirən Ermənistanın dilənçi kimi özgələrin hesabına yaşadığı hər kəsə bəllidir. Xarici ölkələrdə məskunlaşan erməni lobbisinin vaxtaşırı “Ermənistana yardım marafonları” keçirməsi bir yana qalsın, forpost ölkənin yüksək səviyyəli rəsmiləri də tez-tez Qərbdə ianələr, qrantlar axtarışına çıxırlar...
Aİ ilə Ermənistan arasında 32 milyon avroluq təhsil sövdələşməsi
Çoxdan idi ki, Ermənistanın rəhbərləri Avropa İttifaqı (Aİ) ilə növbəti qrant sövdələşməsi ətrafında müzakirələr aparırdılar. Bu günlərdə Aİ-dən erməniləri sevindirəcək xəbər gəlib. Belə ki, Avropa təsisatı Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro ayırmaq barədə qərar verdiyini açıqlayıb. Ermənistanın baş naziri elan edib ki, həmin pulla Ararat, Qeqarkunik və Kotayk rayonlarının bütün məktəblərində, Zəngəzurda 13 məktəbdə laboratoriyalar tikiləcək. Proqram ümumilikdə 337 məktəbi əhatə edəcək. Qrant proqramı çərçivəsində ayrılan vəsaitlə laboratoriyaların tikintisi ilə yanaşı, müəllimlərin qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqları da bildirilir.
Ancaq bunlar Aİ ilə Ermənistan arasındakı 32 milyon avroluq təhsil sövdələşməsinin yalnız görünən tərəfləridir. Əslində isə bu sövdələşmədəki alt qatları və suallar doğuran bir sıra məqamları da sadalamaq yerinə düşər.
İkili standartlar
Otuz iki milyon avroluq qrant sövdələşməsi fonunda Brüsselin Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində vasitəçilik missiyasını öz üzərinə götürdüyünü xatırlamamaq mümkün deyil. İndiyədək Aİ-nin vasitəçiliyi ilə bir neçə görüş keçirilib və önəmli sənədlər imzalanıb. Yaxşı, əgər Avropa təsisatı davranışlarında səmimidirsə, onda nə üçün danışıqlar masası arxasında əyləşən Azərbaycana və Ermənistana eyni gözlə baxmır? Aİ bundan əvvəl Ermənistanla digər sövdələşmələrdə də bulunub. Vasitəçi missiyasını öhdəsinə götürən Brüssel tərəzinin gözünü niyə əyir?
Digər tərəfdən, Ermənistan işğalçı dövlətdir. Məhz bu ölkənin işğalçılıq siyasəti ucbatından region 30 il ərzində müharibə, eskalasiya riskləri ilə üz-üzə qalıb, təhdidlər altında yaşayıb. Ermənistan işğal illərində zəbt etdiyi ərazilərdə sözün əsl mənasında vəhşiliklər törədib. Torpaqları qeyri-qanuni istismar edib, meşələri qırıb, sərvətlərimizi talayıb, tarixi mədəni-dini irsimizi dağıdıb. Qalib Azərbaycana 30 illik işğaldan belə kədərli miras qalıb. Bunların üzərinə ərazilərin minalanmasını da əlavə edək. Bütün bunları nəzərə aldıqda qrantlar əslində işğaldan əziyyət çəkmiş tərəfə - Azərbaycana ayrılmalıdır. Avropa İttifaqı isə pul kisəsinin ağzını məhz Ermənistan üçün açır. Həm də o fakt nəzərə alınmır ki, Azərbaycan enerji təhdidlərindən əziyyət çəkən qoca qitə üçün, necə deyərlər, xilaskar rolunda çıxış edir. Ölkəmiz ədalətli enerji siyasəti ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzedilməz bir təchizatçıya çevrilib. Bütün bu kimi reallıqların fonunda Aİ-nin ikili standartlardan çıxış etməsi və işğalçını daim cəzalandırmaq əvəzinə, ona vəsaitlər verib şirnikləndirməsi suallar doğurur.
Çirkli pulların yuyulması...
Aİ-nin Ermənistanla yeni sövdələşməsi Avropa təsisatlarının layihələrindəki zaman-zaman üzə çıxan qara dəlikləri, rüşvət izlərini yenidən aktuallaşdırır. Aİ-nin Ermənistan kimi ölkələr üzərindən çirkli pulları yuduğuna dair səsləndirilən iddialar qurum tərəfindən təkzib olunmayıb. Ötən ilin sonlarında bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan qoca qitənin mühüm təsisatlarından olan Avropa Parlamentinin adı yeni bir rüşvət qalmaqalı ilə gündəmə gəldi. Belçika Federal Prokurorluğunun Avropa Parlamentinin vitse-prezidentlərindən biri olan yunanıstanlı deputat Eva Kailinin də iştirak etdiyi korrupsiya üzrə istintaqın başlandığını və AP-də çalışan 10 nəfərin kompüter sistemlərinə girişinin bloklandığını açıqlaması qoca qitədə bir növ soyuq duş effekti yaratdı. Hətta Avropa İttifaqı məkanından kənar coğrafiyalar üzrə də müxtəlif məsələlərlə bağlı qərarlar və qətnamələr imzalayıb bunları etalon sənədlər kimi təqdim edən AP-də korrupsiya? Əgər belə bir iddia quruma üzv olmayan kənar bir dövlətdən gəlsə idi, AP dərhal bunu qərəzçiliklə əlaqələndirər və deputatlar həmin ölkəni, yumşaq desək, ağ yuyub qara sərərdilər. İndiki halda isə AP ilə bağlı rüşvət ittihamları qoca qitənin siyasi mərkəzlərinin birindən eşidilirdi və burada özünümüdafiəyə yer yox idi. Hadisələr ildırım sürəti ilə inkişaf etdi. Artıq dekabrın 11-də məlum oldu ki, Avropa Parlamentinin vitse-prezidenti, yunan əsilli siyasətçi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya faktı üzrə ittiham olunaraq həbsə alınıblar. Belçika Prokurorluğundan verilən məlumata görə, istintaq çərçivəsində evlərdə və ofislərdə olmaqla təxminən 20 ünvanda reyd və axtarışlar aparılıb. Axtarışlar nəticəsində şübhəli şəxsin evində 600 min avro, Brüsseldə hotel otağında çantada bir neçə yüz min avro, Avropa Parlamenti deputatının mənzilində isə 150 min avro aşkar edilib.
Şübhəsiz ki, lobbiçilik müqabilində rüşvətalma faktının üzə çıxması Avropa təsisatlarının imicini palaz kimi yerlə bir edib. Ermənistana ayrılan 32 milyon avronun şəffaf şəkildə xəclənəcəyinə də böyük şübhələr var. Belə şəffaflıq təmin edilməyən sövdələşmələr vasitəsilə çirkli pulların yuyulması, daha dəqiq desək, rüşvət formasında qərarın imzalanmasında “əməyi” keçənlərə geri qaytarılması ilə bağlı ehtimallar tam əsaslıdır. Yuxarıda xatırlatdığımız və digər rüşvət qalmaqalları bu iddaları səsləndirməyə yetərincə əsas verir.
Silah-sursata yönəldilən qrantlar
Aİ ilə Ermənistan arasındakı təhsil razılaşması əslində silah-sursat sövdələşməsi kimi deşifrə edilməlidir. Qeyd etdiyimiz kimi, Ermənistan çox kasıb dövlətdir. Bu ölkənin rəsmiləri ictimaiyyətlə görüşlərində daim insanları məyus edərək onları narahat edən məsələlərin həlli, müxtəlif layihələrin icrası üçün büdcədə vəsait olmadığını bildirirlər. Belə səfalət və kasıblıq fonunda Ermənistanın revanşizm mövqeyindən geri çəkilməməsi, yeni müharibə anonsu etməsi, ən əsası isə müxtəlif ölkələrdən bahalı silahlar alması şühələr yaradır. Məsələn, Ermənistan mətbuatında bu ölkənin uzaq Hindistanla müxtəlif növ döyüş texnikasının tədarükünə dair bir neçə müqavilə imzaladığına aid silsilə materiallar dərc olunub. Həmin müqavilələrin dəyəri yüz milyonlarla dollara bərabərdir. Azərbaycanın əlində bu silahların Ermənistana daşınmasına dair ilginc faktlar var. Alınan silahların dəyəri hansı pullarla ödənilir? Sualın cavabı bəllidir - ölkəyə gələn yardımlardan, qrantlardan toplanan vəsaitlərlə. Təəssüf edirik ki, sülhyaratma prosesinə qoşulan Aİ həm də tərəflərdən birinin - Ermənistanın açıq və yaxud gizli şəkildə silah-sursat cəbbəxanası yaratmasında iştirakçı qismində çıxış edir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

