Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın deqradasiyası...

Avropanın deqradasiyası...

26.01.2024 [10:30]

Fransa və Almaniyanın AŞPA “əli” “qoca qitə”nin imicini silkələyir

Azərbaycanla hədə dilində danışmaq olmaz!

Son dövrlərdə bir sıra “beynəlxalq” statuslu təşkilatların deqradasiyaya uğraması, müəyyənləşdirdiyi hədəflərə, prinsiplərə uyğun davranışlar sərgilməməsi, bəyan etdiyi “demokratik ənənələrə” sadiqlik göstərməməsi adi hala çevrilib. Bəzi təşkilatlar isə bir az da irəli gedərək, korporativ maraqların əsirinə çevrilərək siyasi dəyənək rolunu “üstlənirlər”. Bu isə ilk növbədə, beynəlxalq təşkilatlarla müstəqil dövlətlər arasında fikir ayrılıqları formalaşdırır, onlara inamı tam olaraq sıradan çıxarır.

Məsələn, AŞPA-nın nümunəsində olduğu kimi. Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək təşkilatdakı mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyini bildirib.

Qərəz və Avropa “dəyərləri”...

Təbii ki, bu qərarı zəruri edən amillər var və bu amillər bariz şəkildə ortadadır. AŞPA-nın sərgilədiyi qeyri-demokratik mövqe, konkretləşdirsək, ermənipərəst mövqe birmənalı qarşılana bilməz. Bu gün fərqli “bəhanələrlə” Azərbaycanı hədəfə almağa çalışanların kimliyi, məqsədi və “səbəbləri” bəllidir. Fransa - Almaniya tandeminin “əlbir olaraq” Avropa kontingentinin ümumən imicini zərbə altında qoymasının altında əsassız qərəz dayanır.

Bəli, bu fikri xüsusi olaraq vurğulamaq gərəkir - Fransa və Almaniya apardıqları “ermənipərəst siyasət”lə bütövlükdə Avropa kontingentini zərbə altında qoyur. Bir ovuc diasporanın səsinə “möhtaclıq” Makronu uçurumun kənarına gətirib çıxarıb. Hansı ki, Azərbaycanın həm Avropa üçün, həm də bütövlükdə Avrasiya məkanı üçün etibarlı tərəfdaş olması bütün ünvanlar üzrə açıq şəkildə bildirilir - bu gün Avropanın enerji təhlükəsizliyində fəal rol oynayan Azərbaycan “qoca qitə” üçün əsas dayaq və istinad mənbəyi kimi çıxış edir. Fransa və Almaniyanın bu kimi “ermənipərəst təşəbbüsləri” isə ümumən kontingentğin maraqlarının ayaq altına alınmasıdır.

Oktyabrda “cızılan plan”...

Qeyd edilməsi gərəkən əsas məqamlardan biri də AŞPA-nın “bəhanələridir”. Bu gün seçki prosesini əldə “bayraq” edən AŞPA, daha doğrusu Fransa əslində Azərbaycandan məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır. 19-20 sentyabr antiterror tədbirlərinin ardından, oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Qarabağdakı tədbirlərini pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edilmişdi. AŞPA-nın ikili standarta söykənən, qərəzli və yalan “qətnaməsi” isə Fransanın anti-Azərbaycan “həmlələrinin” növbətisinə çevrildi. Halbuki,  Azərbaycan 24 saatlıq lokal antiterror tədbirləri həyata keçirdiyi zaman beynəlxalq hüququn heç bir şərtini pozmamışdı:

- beynəlxalq konvensiyaların ölkəmizin timsalında dünya dövlətləri üçün verdiyi imkanlardan, tanıdığı hüquqdan istifadə etmişdi;

-Azərbaycan öz addımlarında BMT Nizamnaməsini əsas götürmüşdü;

-Ölkə ərazisində qeyri-qanuni fəaliyyət göstərən terrorçu xunta rejimini - separatçı qüvvələri zərərsizləşdirmişldi.

Ermənipərəst mövqeyə “istinad edərək” reallığa göz yuman “aşpalı” deputatlar həmin terrorçu qurumdan müsadirə olunan sila-sursatın, hərbi texnikaların sayına, “rəngarəngliyinə” diqqət yetirmədilər - hansı ki, o qədər silah-sursata malik terrorçu dəstə nəinki Azərbaycana, nəinki suveren ərazimiz olan Qarabağa, nəinki suveren Azərbaycan torpağı olan Qarabağda yaşayan erməni sakinlərinə, bütövlükdə regionun təhlükəsizliyinə açıq təhdid idi. Bu silah-sursatı “toplamış” separatçı xunta rejimi bölgədə reallaşan regional və qlobal laiyhələrə təhdid yaradırdı. Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə bu təhdidin aradan qalxmasına, Cənubi Qafqazın sülh və sabitlik adası kimi beynəlxalq münasibətlər sistemində özünə uyğun yer tutmasına, təhlükəsiz ünvan kimi qlobal layihələrin reallaşdığı məkana çevrilməsinə şərait, zəmin yaratdı. AŞPA-da təmsil olunan deputatlar isə bu hüquqi prosedurun uğurla yekunlaşmasını alqışlamaq əvəzinə erməni lobbisinin təsiri ilə prosesə özünəməxsus “don geyindirməyə” çalışdılar.

Əsas hədəf müstəqil Azərbaycanın yaratdığı yeni reallıqlardır

Bu gün AŞPA-nın “mövqeyi” nə sekilərə, nə də həmin seçkilərin müşahidəsi məsələsinə söykənmir - bu “mövqe” birmənalı şəkildə Azərbaycanın Qarabağ regionundakı separatçı xuntanın - hansı ki, Fransanın əlində siyasi alətə çevrilmişdi - sıradan çıxarılmasının “əvəzi” idi. Xatırlasaq, ötən ilin payızında AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü ilə çıxış etmişdi. Axı, həmin vaxt hələ seçki ilə bağlı hər hansı bir məsələ aktual deyildi - demək ki, Azərbaycana qarşı olan təzyiqlər birmənalı şəkildə müstəqil xarici siyasət kursunun yürüdülməsinə, bölgədə yaradılan yeni reallıqlara, Cənubi Qafqazda yaradılan yeni elementlərə qarşı hədəflənib.

Bəli, Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən AŞPA Azərbaycanın 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu. Bunda Avropadakı erməni lobbisinin təsiri böyük idi. Azərbaycan öz torpaqlarını işğaldan azad, ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra isə AŞPA-dakı ermənipərəst qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil edirlər. Bütün bunlar qurumun daxilində bəşəri dəyərlərin ayaq altına alındığını və Avropa Şurasının müəyyən dairələrin əlində alətə çevrildiyini təsdiqləyir.

Məsuliyyət “təşəbbüskarların” üzərindədir...

Azərbaycana qarşı isə heç kim hədə və ya şantaj dili ilə danışa bilməz. Nümayəndə heyətimzin bəyanatında səsləndiyi kimi, “bu təşəbbüs” Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndirilir. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə, Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

P.İsmayılov

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31