Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təhsil Nazirliyində dünya səviyyəli yarışlarda yüksək nəticə göstərən idmançılarla görüş keçirilib

Təhsil Nazirliyində dünya səviyyəli yarışlarda yüksək nəticə göstərən idmançılarla görüş keçirilib

27.07.2021 [16:41]

İyulun 27-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan, Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayıb.

Nazir müavini xatırladıb ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyevin prezident seçilməsindən sonra Azərbaycanda idmana diqqət, qayğı daha da artdı. Rayonlarda olimpiya kompleksləri tikildi. Bu olimpiya kompleksləri idmançıların yetişdirilməsində baza rolunu oynadı. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılanda cəmi bir medal qazanmışdı. Son illər idmançılarımızın beynəlxalq yarışlardakı nailiyyətlərinə diqqət yetirdikdə medal sayında ciddi artım olduğunu görürük. İdmanda qazanılan uğur ölkənin nüfuzunu qaldırır, beynəlxalq arenalarda bayrağımız dalğalanır, himnimiz səsləndrilir. Təhsil Nazirliyi də məktəblilər arasında idmana marağın artırılmasına xüsusi önəm verir. 2020-2021-ci tədris ilində məktəblilər idman sahəsində 299 medal, o cümlədən 95 qızıl medal qazanıblar. Avropa və dünya çempionatlarında isə məktəblilər 23 qızıl, 35-i gümüş olmaqla 94 medal qazanıblar.

Firudin Qurbanov idmançıların əldə etdiyi uğurların davamlı olacağına əminliyini bildirib.

İdmançılar adından çıxış edən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Avropa Kubokunun qalibi Turan Bayramov görüşün təşkilinə görə təşəkkür edib, uşaq-gənclər idman-şahmat məktəblərində məşq prosesinin təşkili ilə bağlı yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Görüşdə qalib idmançılara Təhsil Nazirliyi adından hədiyyələr təqdim edilib.

Paylaş:
Baxılıb: 271 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31