Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / NATO hərbi gəmiləri Batumidə

NATO hərbi gəmiləri Batumidə

30.09.2021 [15:18]

yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Türkiyə də daxil olmaqla, NATO-ya üzv 5 ölkəyə məxsus hərbi gəmilər Gürcüstanın Acarıstan Muxtar Respublikasının mərkəzi Batumi şəhərinə gəlib.

Xəbərdə o da qeyd edilir ki, Batumi dəniz limanına lövbər salan NATO-ya aid 5 hərbi gəmi Gürcüstanda keçiriləcək hərbi təlim üçün bu ölkəyə gəlib. Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir ki, İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyədən gələn hərbi gəmilərin qarşılanma mərasimində Acarıstan Muxtar Respublikasının Prezidenti Tornike Rijvadze, Gürcüstan Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi Departamentinin direktoru Ramaz Papidze və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimə gəlincə, gəmilərin Gürcüstan DİN-nin Sahil Mühafizəsi Departamenti ilə birlikdə Qara dənizin Gürcüstana aid ərazi sularında keçiriləcək hərbi təlimlərdə iştirak edəcəyi bildirilib. Sözügedən təlimin Gürcüstan donanması ilə NATO arasında qarşılıqlı əlaqəni, uyğunluq səviyyəsini və ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədi daşıdığı da qeyd edilib.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31