Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təbiətimizin keşikçiləri...

Təbiətimizin keşikçiləri...

23.05.2024 [11:09]

23 may Ekoloqların Peşə Bayramıdır

Elə problemlər var ki, onlar tək bir ölkəni, xalqı narahat etmir, bütün dünyanı və bəşəriyəti düşündürür, qayğılandırır. İndiki və gələcək nəsillərin sağlamlığının ən başlıca şərtlərindən biri təmiz ətraf mühitdən asılıdır. Ona görə də, ekoloji problemlərin həlli bütün ölkə və xalqları bu ideya ətrafında daha da sıx birləşməyə vadar edier.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin günüdür. Nazirlik Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə yaradılıb. Prezident  İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama əsasən, ölkəmizdə hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Təbiətə sevgi və qayğı göstərən, onun həyatımızdakı rolunu dərk edən hər kəs başa düşür ki, bu gün sadəcə ekoloqların deyil, təbiətin keşiyində duran hər kəsin bayramıdır. Necə ki, Ulu Öndər Heydər Əliyev bütün insanları təbiəti qoruyan, ona qarşı duyarlı münasibət ortaya qoyan şəxslər kimi görmək istəyir, onları hər bir ağac uğrunda mübarizə aparmağa, ekoloji mühiti yaxşılaşdıran addımlar atmağa səsləyirdi. Heydər Əliyev üçün təbiət o qədər əhəmiyyətli bir məsələ idi ki, o, hətta bir ağaca görə belə mübarizə aparmağı nəinki vacib hesab edir, bütün xalqın varlığı təhlükə altında olan bir ağaca görə ayağa qalxmasını zəruri sayırdı...

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirirdi. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub.

Sevindirici haldır ki, bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi ekoloji siyasət öz bəhrəsini verir. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub. 

Ötən il dekabrın 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalaması isə ətraf mühitə qayğının dövlət üçün hansı dərəcədə prioritet məsələ olduğunu təsdiq edir. Sərəncamdan irəli gələn vəzifələr icra olunaraq iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər təbiətə əvəzsiz töhfələrə xidmət edir. 

Azərbaycan hökuməti iqlim dəyişmələrinə bütün dünyanı narahat edən ən qlobal problemlərdən biri kimi həssas yanaşaraq “yaşıl mühit” quruculuğunda dayanmadan səylərini artrırır. Atmosferdə oksigenin miqdarını artırmağın ən optimal üsulu “yaşıl iqtisadiyyat”ın inkişafına nail olmaqdır ki, hazırda bu istiqamətdə davamlı layihələr icra olunur. Xüsusilə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud potensialından istifadə olunması “yaşıl iqtisadiyyat”a əvəzsiz töhfələr verməkdədir. 

Azərbaycan bu ilin noyabr ayında postsovet məkanında ilk dəfə olaraq COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu tədbir də ölkəmizdə “yaşıl ətraf mühit” quruculuğunda töhfəverici rol oynayacaq. 

Sözsüz ki, ətraf mühitlə bağlı çoxsaylı tədbirlərin icrasında yenə də əsas məsuliyyət və yük ekoloqların üzərinə düşür. Sənaye inkişaf etdikcə, elmi tərəqqi artdıqca, yeni-yeni infrastruktur layihələri reallaşdıqca, ekoloqlarımızın qarşısında bunların təbiətə vurduğu zərəri heçə endirmək kimi məsul və mürəkkəb bir vəzifə dayanır. 

Azərbaycan ekoloqları bütün imkanlarını vətəndaşların sağlam ətraf mühitdə yaşamasının təmin olunmasına yönəldirlər. Bu peşə sahiblərinin gördüyü işlər çətin, vacib və çoxşaxəlidir. Onların yerinə yetirilməsində hər birimiz bu gün peşə bayramını təbrik etdiyimiz ekoloqların yaxın dostu və köməkçisi olmalıyıq...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30