Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

04.10.2024 [23:35]

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 35 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus “Şuşa” restoranında plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı restoranda üzərində markalanma aparılmayan soyuq qəlyanaltılar, yarımfabrikatlar və müxtəlif çeşidli turşular aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, quru məhsulların saxlanılması, ət məhsullarının və tərəvəzlərin ilkin emalı üçün sahənin ayrılmadığı, havalandırma sisteminin qurulmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı məlum olub. Restoranda işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və xüsusi sanitar geyimlə (əlcək, saç toru), fərdi mühafizə vasitələri (maska) ilə təmin olunmadığı, emal sahəsində masa səthlərinin asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30