Vardanyan məhkəmə qarşısında...
30.12.2024 [09:45]
Təcavüzkar müharibə planlaşdırma, aparma, əhalini deportasiya etmə və ya məcburi köçürmə, hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama kimi ittihamlar irəli sürülüb...
2023-cü ilin sentyabrında baş tutmuş lokal antiterror tədbirləri nəticəsində ləğv edilmiş erməni separatizmi bölgənin təhlükəsizlik seqmenti üçün əsaslı əhəmiyyət daşıyır. İllərlə terror təhdidi yaradan, işğalçı iddialar səsləndirən, qeyri-qanuni silahlanan və ya silahlandırılan, hərbi cinayətlər törətmiş separatçı xunta birdəfəlik məhv edildi. Günahkarlar isə müttəhim qismində Azərbaycanın ədalət məhkəməsi önünə çıxarılır. Bəlli olduğu kimi artıq, 15 nəfər erməni hərbi cinayətkarın ümumilikdə 2 min 548 epizod üzrə işi məhkəməyə göndərilib. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğunun yaydığı birgə məlumata görə isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı cinayət işinin istintaqı aparılıb.
İşğal olunmuş ərazilərdə qanunsuz silahlı birləşmə yaratmaq...
Məlumatda bildirilir ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 2023-cü il sentyabrın 25-də Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib. 2023-cü il sentyabrın 27-də saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan olunub. Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
Cinayət işi Bakı Hərbi Məhkəməsindədir...
Qeyd edilib ki, istintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 2024-cü il dekabrın 28-də təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Yalançı kampaniya cəhdləri faydasızdır...
Artıq bir müddətdir ki, Vardanyanın məsuliyyətdən azad edilməsi itiqamətində bəzi cəhdlərin şahidi oluruq. Hətta COP29 öncəsi bu istiqamətdə cəhdlər daha sıx xarakter aldı. Nəticədə isə, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyası onların özlərinin ifşasına yol açdı. Erməni lobbisinin “kuklası”na çevrilmiş Okampo kimilərini dövriyyəyə salmaqla uğur əldə edəcəklərini düşünənlər, əslində, bu başdan məğlubiyyətlərini elan və etiraf etmiş oldular. Artıq hərbi cinayətkarların işi məhkəmə instansiyasındadır və onlar ali hüquq və qanun qarşısında cavab verirlər. Azərbaycana qarşı edilən çağırışlar, bəzən isə hətta “hədə” formasında hərbi cinayətkarların azad edilməsi tələbləri Azərbaycan məhkəməsinin verəcəyi qərarlara təsir etmir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

