Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fərid Səfərli Azərbaycana qaytarılıb

Fərid Səfərli Azərbaycana qaytarılıb

20.01.2025 [18:17]

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində bu il yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sülh üçün zəmin

06 Fevral 11:24  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Təsdiq olundu...

06 Fevral 10:35

İqtisadiyyat

Dünya

Analitik

18 ildən sonra...

06 Fevral 09:13  

Sosial

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28