Sözün səssiz qəhrəmanları!
30.09.2025 [08:59]
Tərcüməçilər sözün sədasını dünyaya daşıyanlardır...
Tərcüməçilər bir dildən digərinə sözləri çevirən vasitəçilər deyil, eyni zamanda mədəniyyətləri qovuşduran, fərqli dünyaların pəncərələrini bir-birinə açan şəxslərdir. Onların işi yalnız sözləri çevirmək yox, ruhu qorumaq, konteksti anlamaq və ən əsası, qarşı tərəfə doğru şəkildə ötürməkdir. Bu gün qloballaşan dünyada tərcümənin əhəmiyyəti gün keçdikcə artır. Diplomatiya danışıqlarında bir sözün düzgün tərcüməsi savaşın qarşısını ala, səhv tərcümə isə gərginlik yarada bilər. Elm dünyasında bir tədqiqatın tərcüməsi minlərlə alimə yeni fikirlər aça bilər. Ədəbiyyatda bir əsərin uğurlu tərcüməsi başqa bir xalqın ürəyinə toxunar.
34 yaşlı bayram...
Bu gün Beynəlxalq Tərcüməçilər ?ünüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir. Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişdiyinə görə, bu tarix tərcüməçilər günü kimi təyin edilib.
386-cı ildə İeronim Vifleyemdə məskunlaşıb və burada uzun illər boyu Bibliyanı (Əhdi-Ətiqi və Əhdi-Cədidi) latın dilinə tərcümə edib. 11 əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (Vulqatın) rəsmi latın mətni elan edib. Bundan əlavə, İeronim “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının banisi hesab edilir.
Azərbaycanda tərcüməçilik tarixi
Azərbaycanda da tərcümə sahəsi mühüm yer tutur. Azərbaycanda tərcümə işinin kökləri orta əsrlərə, xüsusilə IX-XII əsrlərə gedib çıxır. Bu dövrdə Şərqin elm mərkəzlərindən olan Gəncə, Şamaxı, Naxçıvan və Təbriz kimi şəhərlərdə tərcümə fəaliyyəti geniş vüsət almışdı. O dövrdə ərəb dili elm və mədəniyyət dili olduğuna görə, ərəb dilindən fars və türk dillərinə, o cümlədən Azərbaycan türkcəsinə tərcümələr edilirdi. Ən vacib simalardan biri Nizami Gəncəvi idi. O, yalnız böyük şair deyil, həm də bir çox qədim mənbələri - yunan, hind və ərəb qaynaqlarını öyrənmiş, onların ideyalarını öz yaradıcılığına gətirmişdi. Bu da tərcümə fəaliyyətinin nümunəsi idi.
XIX əsr - maarifçilik dövründə tərcümə
XIX əsrdə maarifçi ziyalıların fəaliyyəti ilə Azərbaycanda tərcümə tamamilə yeni mərhələyə qədəm qoydu. Bu dövrün görkəmli şəxsiyyətləri - Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Sədi bəy Əfəndizadə və başqaları Avropa ədəbiyyatını, elmi əsərləri və maarifçi ideyaları Azərbaycan dilinə tərcümə etməklə xalqa çatdırmağa çalışırdılar.
M.F. Axundzadə yazırdı ki, xalqların tərəqqisi üçün maarif lazımdır və bu maarifi ancaq dillər arasında körpülər - tərcümələr təmin edə bilər.
Tərcüməçilər daim axtarışdadırlar. Onlar yalnız dili bilməklə kifayətlənmir, tarix, ədəbiyyat, din, psixologiya, siyasət və digər sahələri öyrənməli olurlar. Bəzən bir şeiri tərcümə etmək üçün günlərlə düşünür, bir elmi məqalənin tərcüməsi üçün isə yüzlərlə termin axtarırlar. Onların işi çox vaxt pərdə arxasında qalır, amma hər dəfə xarici bir filmi ana dilimizdə izləyəndə, başqa bir xalqın kitabını oxuyanda unutmamalıyıq ki, orada tərcüməçilərin əməyi var.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34

