Azərbaycan sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə əməkdaşlığa hazırdır
30.09.2025 [23:14]
Azərbaycan Prezident cənab İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanın son illərdəki mühüm nailiyyətlərini, regional və qlobal proseslərdə tutduğu mövqeyi, həmçinin beynəlxalq ictimaiyyətə ünvanladığı çağırışları əhatəli şəkildə təqdim etdi. Çıxışda əsas vurğular Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və quruculuq işləri, sülh təşəbbüsləri, beynəlxalq hüququn aliliyi, iqtisadi inkişaf, iqlim dəyişikliklərinə qarşı tədbirlər və regional əməkdaşlıq məsələləri oldu.
Prezident çıxışına Azərbaycanın üzləşdiyi 30 illik işğal dövrünün yaratdığı ağır nəticələrlə başladı. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. İşğal dövründə 900-dən çox şəhər və kənd yerlə-yeksan olunmuş, 65 məscid və yüzlərlə tarixi-mədəni abidə dağıdılmışdır. Prezident bildirdi ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq – yəni özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa edib. O, beynəlxalq hüququn seçməli şəkildə deyil, bərabər və ədalətli şəkildə tətbiq olunmasının vacibliyini vurğuladı.
Azərbaycan 2020-ci ildə işğal altında olan torpaqlarını azad etdikdən sonra bərpa və yenidənqurma prosesinə başlayıb. Prezident qeyd etdi ki, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 minə yaxın insan öz doğma yurduna qayıdıb. Bu bölgələrdə müasir şəhərsalma prinsiplərinə əsaslanan layihələr icra olunur, ağıllı şəhər və kəndlər, enerji səmərəli tikililər, məktəblər, xəstəxanalar, infrastruktur obyektləri tikilir. Lakin Ermənistan tərəfindən qalan minalar bu prosesə ciddi təhlükə yaradır son illərdə minaya düşərək həlak olanların sayı yüzlərlədir. Prezident beynəlxalq ictimaiyyəti mina təmizlənməsi sahəsində daha çox dəstək göstərməyə çağırdı.
Cənab Prezident iqtisadiyyatın inkişafından da bəhs etdi. O qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı neftdən asılılığı azaltmaq istiqamətində mühüm addımlar atır. Bu gün ölkədə işsizlik və yoxsulluq tarixi minimum səviyyəyə təqribən 5 faizə endirilib. Xarici borc ÜDM-in cəmi 6,5 faizini təşkil edir və valyuta ehtiyatları xarici borcu 10 dəfədən çox üstələyir. İslahatlar şəffaflıq, investisiya mühiti və mülkiyyət hüquqlarının qorunması istiqamətində davam edir.
Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti ədalətə, beynəlxalq hüququn aliliyinə və ikili standartlardan imtina etməyə çağırdı. O vurğuladı ki, BMT kimi qlobal təşkilatlar bu prinsipləri qorumalı və tətbiq etməlidir. Azərbaycan, öz növbəsində, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq platformalarda fəal iştirak etməyə və töhfə verməyə hazırdır.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

