Azərbaycanda radionun fəaliyyətə başlamasından 87 il ötür
06.11.2013 [09:43]
Respublikada informasiya və kommunikasiya texnologiyalarının inkişafına göstərilən dəstək fonunda radio fəaliyyəti də inkişaf edir
Məlum olduğu kimi, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası ilk dəfə efirə çıxandan sonra isə 6 noyabr tarixi Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ümumiyyətlə, milli radionun yaradılması Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu, Azərbaycanda informasiya yayımında yeni eranın başlanğıcı demək idi. Milli radionun fəaliyyətə başlaması eyni zamanda, Azərbaycan jurnalistikasına, informasiya yayımına yeni ənənələr gətirdi. Bu hadisə həm də ölkədə informasiya mühitinin formalaşmasına, zənginləşməsinə, insanların məlumat almaq və istirahət vərdişlərinə təsir göstərdi.
Heç şübhəsiz, radionun yaradılması, həmçinin, Azərbaycanın müasir dünya ilə ayaqlaşması demək idi. Doğma dildə proqramların, milli musiqinin səsləndirildiyi radionun fəaliyyəti Azərbaycan xalqının modernləşmə prosesində milli kimliyini, mədəniyyətini qoruyub saxlamasına mühüm töhfə oldu. Belə ki, radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı.
Yeri gəlmişkən, Azərbaycan radiosu 87 illik fəaliyyəti dövründə bir çox sınaqlardan keçib. Bildirmək yerinə düşər ki, Azərbaycan radiosunun verilişləri 1936-cı ildən başlayaraq bütün Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi. Lakin 30-cu illərin ortalarından başlayaraq ictimai-siyasi həyatda gedən proseslər radio üçün də ağrılı keçdi. Belə ki, sovet rejimi radiodan “xalq düşməni” elan etdiyi şəxslərə və təbəqələrə qarşı ideoloji silah kimi istifadə edirdi. Həmin dövrdən başlayaraq Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi şair və yazıçıların əsərləri, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin və digərlərinin səsləri artıq radiodan eşidilmirdi.
II Dünya müharibəsi illərində Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu gərgin şəraitdə fəaliyyət göstərməli oldu. Radionun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər.
1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə respublikada radio-televiziya yayım şəbəkəsinin sürətlə genişlənməsi baş verdi. Respublika rəhbərliyinin bilavasitə qayğısı sayəsində 80-ci illərin ortalarında bir neçə radio və televiziya proqramının ölkənin 90-95 faiz əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edildi.
1980-ci illərin sonlarından başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr, həmçinin, müstəqilliyin ilk illərində yaşayanan ümumi xaos və böhran respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi, şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı.
Radionun tənəzzülünün qarşısının alınması isə yalnız 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıtmasından sonra mümkün oldu. Qısa müddətdə həyata keçirilən siyasət respublikada digər sahələrdə olduğu kimi radio-televiziya yayım şəbəkəsində də bərpa və inkişaf tədbirlərinin görülməsinə təkan verdi. Keçmiş Rabitə Nazirliyinin tabeçiliyində olan Radio-Mərkəzi və Respublika Televiziya Ötürücü Mərkəzinin bazasında yaradılmış Teleradio İB-nin mütəxəssisləri tərəfindən mövcud avadanlıqların texniki parametrlərinin bərpası, köhnə avadanlıqların tədricən daha müasir, Avropa ölkələrinin istehsalı olan avadanlıqlarla əvəzlənməsi işləri həyata keçirildi.
Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-in mütəxəssisləri tərəfindən radio-televiziya yayımının inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Ulu öndər Heydər Əliyev həm radio, həm də televiziya sahəsinin inkişafı yönündə görülən işləri diqqətdə saxlayırdı. 1996-cı ildə Bakıda Yeni Teleqüllədə yerüstü peyk stansiyası qurulmaqla ilk dəfə Azərbaycan Televiziyasının Türksat peykindən rəqəmsal rejimdə yayımına başlanıldı ki, bu da nəinki respublikamızda, eləcə də Türkiyə, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə Milli Televiziyanın fərdi qəbuluna imkan yaratdı. Bakı şəhərində tikintisi 1981-ci ildə başlanılmış, lakin sonradan dayandırılmış unikal bir obyektin Yeni televiziya qülləsi kompleksinin 1996-cı ildə istismara verilməsi ilə Bakıda yayımlanan proqramların sayı və keyfiyyəti yüksəldildi. 1997-ci ildə Bakı şəhərində radio proqramlarının ənənəvi uzun, orta və qısa dalğalarda yayımı ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq FM diapazonunda yayım təşkil edildi. 1997-2000-ci illərdə dövlət radio-TV proqramları ilə yanaşı bir sıra özəl kanallar, eləcə də bəzi xarici ölkələrin televiziya və radio proqramlarının yayımı təşkil olundu.
1998-2005-ci illərdə Teleradio İB-nin mütəxəssisləri tərəfindən mövcud radio-televiziya yayım şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi işləri davam etdirilib, dövlət televiziyasının proqramlarını yayımlayan mənəvi və fiziki cəhətdən köhnəlmiş 5 kVt-lıq vericilər daha müasir tranzistorlu desimetrlik TV vericiləri ilə əvəz olunub, efir qəbulu ilə işləyən televiziya retranslyatorları tamamilə peykdən qəbula keçirilib. 2003-cü ildə ilk dəfə Radio-TV proqramların fiber-optik kabel vasitəsilə ötürülməsi tətbiq edilib Teleradio Verilişləri şirkəti ilə Yeni Teleqüllə arasında uzunluğu 2,5 km olan fiber optik radio-TV ötürücü xətti istifadəyə verilib.
Onu da vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda radio və televiziya fəaliyyətinin təkmilləşdirilməsi yönündə əsası qoyulan işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2004-cü ildə Cənubi Qafqazda və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal yerüstü TV-nin (DVB-T) sınaq yayımına başlanılıb. Eyni zamanda, dövlət başçısının “Regionların inkişafı üzrə” 11 fevral 2004-cü il tarixli Fərmanı, 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya kommunikasiya texnologiyalarının inkişafını nəzərdə tutan Dövlət proqramı, Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafını nəzərdə tutan 27 fevral 2006-cı il tarixli Sərəncamı və digər addımlar ölkəmizdə radio-televiziya yayım şəbəkəsinin beynəlxalq standartlara uyğun qurulması və inkişafı üçün geniş şərait yaradıb. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Hazırda respublika ərazisində 10 ədəd ümumrespublika miqyasda yayımlanan televiziya kanalı, 12 ədəd regional özəl TV kanalı və 12 ədəd radio kanalları müxtəlif əhatə səviyyələri ilə yayımlanır.
Son illər ölkədə rəqəmsal yayıma tam keçidin təmin olunması, Azərbaycanın ilk peykinin orbitə çıxarılması və yerli kanalların həmin peykdən yayımlanması, bütövlükdə ölkədə informasiya telekommunikasiya texnologiyalarının inkişafına, innovasiyaların tətbiqinə göstərilən dövlət qayğısı radio və televiziyaların fəaliyyətinə müsbət təsirini göstərir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41

