Rövşən Tağıyev: Təhlükəsizlik kəməri sürücünün həyatını xilas edib
02.04.2026 [15:53]
Aprelin 1-i saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev AZƏRTAC-a bildirib ki, ilkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənib. Belə ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Həmin hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib. Ona görə də təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, sükan arxasında olanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.
“Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşən kimi dərhal təhlükəsizlik kəmərini taxmaq lazımdır. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmalıdır, çünki qaydalara riayət etmək həyatı xilas edir”, - deyə idarə rəsmisi vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
10 Aprel 20:25
Dünya
10 Aprel 20:09
Dünya
10 Aprel 19:42
Dünya
10 Aprel 19:30
Dünya
10 Aprel 19:18
Müsahibə
10 Aprel 18:25
İqtisadiyyat
10 Aprel 18:05
Sosial
10 Aprel 17:53
Sosial
10 Aprel 17:52
Maraqlı
10 Aprel 17:32
Siyasət
10 Aprel 17:09
Dünya
10 Aprel 16:21
MEDİA
10 Aprel 15:52
Gündəm
10 Aprel 15:23
Sosial
10 Aprel 14:53
Sosial
10 Aprel 14:52
Sosial
10 Aprel 14:06
Siyasət
10 Aprel 14:04
Hadisə
10 Aprel 13:37
İqtisadiyyat
10 Aprel 13:09
YAP xəbərləri
10 Aprel 13:03
İqtisadiyyat
10 Aprel 13:01
Siyasət
10 Aprel 13:00
Xəbər lenti
10 Aprel 12:56
Mədəniyyət
10 Aprel 12:37
Gündəm
10 Aprel 12:19
Elm
10 Aprel 12:12
Siyasət
10 Aprel 12:11
Gündəm
10 Aprel 11:52
Elm
10 Aprel 11:48
Gündəm
10 Aprel 11:37
Sosial
10 Aprel 11:15
Elm
10 Aprel 11:15
Elm
10 Aprel 11:14
Gündəm
10 Aprel 11:13
Siyasət
10 Aprel 11:04
İqtisadiyyat
10 Aprel 11:01
Gündəm
10 Aprel 10:58
İqtisadiyyat
10 Aprel 10:54
Din
10 Aprel 10:34
Analitik
10 Aprel 10:17
Analitik
10 Aprel 09:55
Ədəbiyyat
10 Aprel 09:32
YAP xəbərləri
10 Aprel 09:30
Analitik
10 Aprel 09:15
Sosial
10 Aprel 08:50
MEDİA
10 Aprel 08:39
Sosial
09 Aprel 23:45
YAP xəbərləri
09 Aprel 23:26
Dünya
09 Aprel 23:20
Sosial
09 Aprel 22:43
Dünya
09 Aprel 22:30
Dünya
09 Aprel 22:19
Dünya
09 Aprel 21:57
Dünya
09 Aprel 21:10
Maraqlı
09 Aprel 20:49
Dünya
09 Aprel 20:32
İqtisadiyyat
09 Aprel 20:18
Hadisə
09 Aprel 19:51
Dünya
09 Aprel 19:30
Analitik
09 Aprel 19:25
Müsahibə
09 Aprel 19:24
Dünya
09 Aprel 18:49
Sosial
09 Aprel 18:22
Siyasət
09 Aprel 17:37
Dünya
09 Aprel 17:37
Dünya
09 Aprel 17:13
Hərbi
09 Aprel 17:04
Gündəm
09 Aprel 16:53
Dünya
09 Aprel 16:50

