“Azercell” “BakuTel-2014” sərgisində ən son texnoloji yenilikləri təqdim edir
03.12.2014 [09:08]
Hər il olduğu kimi, bu il də “Azercell Telekom” Baku Expo Mərkəzində keçirilən və 3 gün davam edəcək “BakuTel-2014” Beynəlxalq Telekommunikasiya sərgisində ən son texnoloji yenilikləri təqdim edir. Şirkətdən verilən məlumatda qeyd olunur ki, Azərbaycanın lider mobil operatorunun stendinə yaxınlaşan hər bir kəsi ən müasir texnologiyalar, mobil cihazlar vasitəsilə insan həyatını həm asanlaşdıran, həm də rəngarəng edən alternativ məhsullar və əlbəttə ki, hədiyyələrlə dolu maraqlı əyləncəli proqram gözləyir. İldən-ilə “Azercell”in “BakuTel” sərgisində təqdim etdiyi məhsullar və innovativ tapıntılar ölkə miqyasında öz yeniliyi ilə seçilir. Bu il də şirkət ziyarətçilərini dünyanın ən son texnologiyalarının köməyi ilə təəccübləndirmək və əyləndirmək arzusundadır.
Beləliklə, “Azercell”in yeni texnologiyalar guşəsində ziyarətçilər artıq bir neçə istiqamətdə yeniliklərdən faydalana biləcəklər. Bu innovativ texnoloji həllərə Mobil Sağlamlıq, Valideyn Nəzarəti Sistemi, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi Təhlükəsizlik Sistemi və Google Glass eynəyinin 2-ci versiyası və s. aiddir. Bundan əlavə, “BakuTel-2014” sərgisində “Azercell” ilk dəfə olaraq dünyada “Augmented Reality” - Genişləndirilmiş Reallıq kimi tanınan texniki yeniliyi təqdim edir. “Azercell” əməkdaşının şəkli olan plakata xüsusi proqram yüklənmiş cihazı - mobil telefonu və ya planşeti yaxınlaşdırdıqda, telefondakı şəkil canlanaraq “Azercell”in bu sərgidə göstərdiyi yenilikləri barədə söhbət etməyə başlayır. Bu xidmət vasitəsilə “Azercell” öz abunəçilərinə ənənəvi ikiölçülü reklam plakatlarını üçölçülü formatda, yəni videoformatda izləməyə imkan verir. Yaxın gələcəkdə “Azercell” bir çox reklamlarını Genişləndirilmiş Reallıq üzərindən təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, bu sistem vasitəsilə sərgi zamanı seyrçilər mobil cihazdan başqa maraqlı vasitələri də sınaya biləcəklər. Bundan əlavə, şirkətin təqdim etdiyi ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) daha rahat və maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Mobil Sağlamlıq Sistemi (Mobile Health System) pasientin səhhəti ilə bağlı məlumatı təhlil edərək, dialoq rejimində simptomların səbəbini araşdırmağa çalışır. Ehtiyac olduğu halda, məlumatlar mərkəzə göndərilərək, pasientin həkiminə çatdırılır. Valideyn Nəzarəti Sistemi (Parental Control) valideynlərə öz azyaşlı övladlarını nəzarətdə saxlamaq və onlarla istədikləri an əlaqə qurmaq üçün əla vasitədir. Azyaşlı uşaqların istifadəsi üçün çox rahat olan xüsusi kiçik telefonlar vasitəsilə uşaqlar asanlıqla əvvəlcədən müəyyənləşdirilmiş nömrələrə zəng edərək, valideynləri ilə əlaqə qura bilərlər. İnternet üzərində çalışan idarə paneli vasitəsilə isə valideyn öz övladının harada olması, məktəbi və ya bağçanı tərk etməsi və hansı marşrutla hərəkət etməsi barədə məlumat ala bilər. Tədris zamanı uşağın diqqətinin yayınmaması məqsədi ilə telefonun istifadəsi avtomatik şəkildə məhdudlaşdırıla bilər. Xidmətin bir sıra digər unikal nəzarət və təhlükəsizlik özəllikləri də mövcuddur. Bütün bunlar haqqında ziyarətçilər “Azercell” stendində daha ətraflı öyrənə biləcəklər.
Builki sərgidə “Azercell”in təqdim etdiyi “Google Glass” interaktiv eynəyi vasitəsilə istifadəçi yalnız səsli əmrlər verməklə axtarış apara, şəkil və ya video endirə və dostları ilə paylaşa bilər. Bundan əlavə, “Azercell”in Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən “Sumaks” Evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verəcək. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazlarının söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-lə məlumatlandırılmış olur. Göstərilən bütün bu həllər istifadəçilərə daha rahat şəkildə öz gündəlik fəaliyyətlərini planlamağa və onlardan faydalanmağa imkan verir. Bununla bərabər, “Azercell”in stendində qonaqları Güzgü-adamlar və DJ ReacTable əyləndirəcək. Dəyərli hədiyyələr qazanmaq istəyən sərgi ziyarətçiləri isə tədbir ərzində müxtəlif müsabiqələrdə, interaktiv oyunlarda iştirak edə biləcəklər.
“Azercell”in stendində qonaq olan “TeliaSonera” şirkətinin vitse-prezidenti və “Teliasonera Avrasiya” şirkətinin prezidenti Erik Holberq jurnalistlərin suallarını cavablandırarkən “TeliaSonera” və “Turkcell”in Azərbaycanda sərmayələr yatırmaqda davam edəcəyini bildirib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30

