/ / Heydər Əliyev bağı və Rusiya və Azərbaycan dostluq körpüsü Həştərxanın turizm marşrutuna daxil edilib
Heydər Əliyev bağı və Rusiya və Azərbaycan dostluq körpüsü Həştərxanın turizm marşrutuna daxil edilib
04.03.2015 [09:56]
Heydər Əliyev bağı, habelə Rusiya və Azərbaycan dostluq körpüsü Həştərxanın turizm marşrutuna daxil edilib. Bu barədə Rusiyanın “Arqumentı nedeli” qəzeti yazıb.
Bir neçə il əvvəl açılmış bu obyektlər Rusiyanın xəritəsində Azərbaycan Prezidentinin xatirəsinin əbədiləşdirilməsi ənənəsinin davamı olub.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Rusiyada ilk abidəsi 2009-cu ildə Ulyanovskda, Heydər Əliyevin adını daşıyan meydanda qoyulub. Abidənin ucaldılması qonşu dövlətə münasibətdə formal nəzakət aktı olmayıb. Bu, keçmiş Sovet İttifaqının rəhbərliyində əsas vəzifələrdən birini tutan Azərbaycan liderinin həm Öz ölkəsinin, həm də həmin dövlətin bütün vətəndaşları qarşısında böyük xidmətlərinə ehtiramın əlamətidir.
Heydər Əliyev Azərbaycanda hakimiyyətə ölkənin vətəndaş müharibəsi həddinə çatdığı çox mürəkkəb bir dövrdə - 1993-cü ildə gəlib. Təsadüfi deyil ki, həmin tarix - 15 iyun ölkədə Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd olunur. Heydər Əliyev təkcə ölkə daxilində münaqişə ocaqlarını qısa müddətdə yatırmağa nail olmayıb, həm də Azərbaycanın indiyə qədər rəhbər tutduğu dövlətçiliyin inkişafının əsas istiqamətlərini müəyyən edib.
1994-cü ildə “Əsrin müqaviləsi” imzalanıb. Dünyanın ən iri neft-qaz korporasiyaları ilə imzalanan Xəzər dənizinin Azərbaycan sektorunda iri yataqların işlənməsi haqqında saziş ölkə sənayesinin inkişafında müstəsna rol oynayıb. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard dollar investisiya cəlb olunub.
Heydər Əliyevin ölkənin rəhbərliyinə qayıdışından sonra əvvəlki hakimiyyətin dövründə müşahidə olunan milli azlıqların hüquqlarının pozulması hallarının qarşısı qətiyyətlə alınmağa başlandı. Heydər Əliyev, həmçinin, rusdilli əhalinin ölkədən axınını dayandırdı və dünyəvi ölkənin təməlini qoydu. Bu gün Azərbaycan sırf dünyəvi xarici və daxili siyasət yürüdən, Yaxın və Orta Şərqdə güclənməkdə olan ekstremist meyillərə müqavimət göstərən islam ölkələrindən biridir.
Azərbaycan ilə Rusiya heç vaxt bir-birindən uzaqlaşmağa çalışmayıblar. Prezident seçilən Vladimir Putinin Heydər Əliyev ilə görüşmək üçün ilk dəfə məhz Azərbaycana xarici səfər etməsindən, Cənubi Qafqazın ən iri dövləti ilə əməkdaşlığın əhəmiyyətini nümayiş etdirməsindən sonra münasibətlərin yaxşılaşması xüsusilə nəzərəçarpan oldu.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Zənnimcə, Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı. Azərbaycan iqtisadiyyatının, siyasi quruluşunun və ictimai həyatının əsaslı modernləşdirilməsi məhz Onun ölkə rəhbərliyinə qayıdışından sonra başlayıb. Lakin belə bir fakt xüsusilə əhəmiyyətlidir ki, Heydər Əliyev nəinki Azərbaycan-Rusiya münasibətlərini qoruyub saxlamağa müvəffəq olub, həm də hazırda ölkələrimiz arasında sürətlə inkişaf edən əməkdaşlığın əsaslarını qoyub”.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

