“Khazar İslands” - yaşıllıqlara qərq olunacaq şəhər
11.04.2015 [11:28]
“Avesta” şirkətinin həyata keçirdiyi “Khazar İslands” layihəsi Qaradağ rayonu ərazisində, paytaxtdan təqribən 25 kilometr məsafədə yerləşir. Bu qeyri-adi layihəyə dair materiallar bir sıra xarici ölkələrin mətbuat səhifələrində də geniş işıqlandırılır. “Dənizdə şəhər” adlanan layihə öz möhtəşəmliyi və təkrarsızlığı ilə digər layihələrdən əsaslı şəkildə seçilir. Respublika mətbuatında da bu möcüzəli şəhərlə bağlı yazılar yer alır.
Ölkənin KİV nümayəndələri növbəti dəfə hazırda dünyada böyük maraq doğuran “Khazar İslands” ərazisində görülən işlərlə bir daha yaxından tanış olmaq imkanı qazanıblar.
“Avesta” şirkətinin prezidenti, eləcə də, layihənin ideya müəllifi olan Hacı İbrahim Nehrəmli süni arxipelaqda inşa edilən şəhər barədə jurnalistlərə ətraflı məlumat verib.
Bildirib ki, indiyədək tikinti işlərinə 1 milyard 157 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb. Şəhər 7 min hektar ərazidə yerləşəcək 50 müxtəlif ölçülü adadan ibarət olacaq və layihəyə əsasən burada 350 min sakin yaşayacaq. Layihənin müəllifləri azərbaycanlı və Türkiyədən dəvət olunmuş memarlar qrupudur.
İş adamı qeyd edib ki, şəhərin 70 faizi yaşıllıqlara qərq olunacaq. Ərazidə 150 kilometr sahədə bulvar salınması nəzərdə tutulur. Adaları isə özünəməxsus dizayna malik 150 körpü birləşdirəcək.
“Khazar İslands”-da müasir dövrümüzün aktual məsələlərindən biri sayılan ekoloji problemlər də öz həllini tapıb. Belə ki, şəhər küçələrində avtomobillərlə yanaşı, tramvaylar da şütüyəcək. Hacı İbrahim Nehrəmlinin fikrincə şəhər sakinləri velosipedlərə daha çox üstünlük verəcək, çünki şəhərin infrastrukturunda bu nəqliyyat vasitəsi üçün hər cür şərait yaradılacaq. Bundan əlavə, binaların altında da avtomobil qarajlarının tikintisi planlaşdırılır. Bütün adalarda sakinlərin rahatlığı üçün müasir sosial obyektlər, çoxsaylı kinoteatrlar, teatrlar, restoranlar, ticarət mərkəzləri (Mall) fəaliyyət göstərəcək. Dəniz üzərində şəhərin enerji təminatını təmin etmək üçün burada 1 milyard dollar dəyərində elektrik stansiyası tikiləcək, həmçinin alternativ enerji mənbələrindən də istifadə ediləcək.
Adaların birində bank və maliyyə mərkəzləri yer alacaq. Səkkiz adada 2020-ci ilədək bütün işlərin görülməsi nəzərdə tutulur. Şirkət rəhbərinin sözlərinə görə, həmin ildə də layihənin ilk mərhələsi yekunlaşacaq. “Khazar İslands”da yeraltı kollektor sistemi nəzərdə tutulub ki, şəhərin bütün kanalizasiya xətləri burada yerləşəcək. Nəticədə hər hansı bir nasazlıq zamanı hansısa bir yeri qazmağa ehtiyac olmayacaq. Şəhərə bütün nəqliyyat vasitələri ilə - təyyarə, helikopter, kater və avtomobil ilə gəlmək mümkün olacaq. Avtomobil yolları elə nəzərdə tutulub ki, işıqforlara ehtiyac qalmayacaq, avto və piyada yolları kəsişməyəcək. Hər 250 metrdən bir nəzərdə tutulmuş yeraltı keçidlər isə piyadaların hərəkətini daha da rahatlaşdırmalıdır.
Hazırda tikinti işlərində 2500 yerli işçi çalışır. Maraqlıdır ki, layihədə xarici vətəndaşlar da aktiv iştirak edirlər. Layihənin icrası dövründə 800 min işçinin cəlb olunması planlaşdırılır ki, bu da şəhər tikintisi baxımından rekord bir rəqəm sayıla bilər.
Digər layihələrdən fərqli olaraq, “Khazar İslands”ı 3D şəhər adlandırmaq olar. Kompleksin ən əsas elementinin hündürlüyü - “Azərbaycan Qülləsi” (“Azerbaijan Tower”) 1 km-dən artıq, daha dəqiq desək 1050 metr olacaq.
Şəhərdə yerli sakinlərlə yanaşı 200 min turist yaşaya biləcək. Turistlərin cəlb olunması üçün burada hər bir şərait mövcud olacaq. Disney Land, atçılıq üçün cıdır, həmçinin, kompleksin bəzəyi olan “Formula - 1” trassı, 10 brend otelin də inşası nəzərdə tutulub.
Xarici investorların cəlb etmə prosesi xüsusi sxem vasitəsilə həyata keçiriləcək ki, bu sxemə uyğun olaraq investorlar burada əmlak satışı ilə məşğul ola bilməyəcəklər.
Hacı İbrahim Nehrəmli mənzillərin qiyməti məsələsinə də toxunub. Bildirib ki, 60-350 kvadratmetr sahəsi olan və tam təmirli mənzillər 10-15 illik 4 faizlik ipoteka krediti ilə verilir. Mənzillərin bir kvadratmetri 5000 dollar təşkil edir. Alıcı mənzilin ipoteka kreditini ödəyə bilməyəcəyi təqdirdə ödədiyi məbləğin 80 faizi geri qaytarılır. Bu dövr ərzində 1130 mənzilin tikintisi artıq başa çatıb. Gələn ildən isə təqribən 7 minədək adam rahat mənzillərə köçə biləcək.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

