“Sodrujestvo” beynəlxalq gənclər təşkilatının rəhbəri Bakıya səfər edib
01.07.2015 [10:10]
MDB, Baltikyanı və Qafqaz ölkələrinin gəncləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və münasibətlərin daha da dərinləşdirilməsi məqsədilə “Sodrujestvo” beynəlxalq gənclər təşkilatının icraçı direktoru Maqomed Aliyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Bakı şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Maqomed Aliyev səfəri çərçivəsində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşüb. Görüş zamanı Azərbaycanda aparılan gənclər siyasəti, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlər haqqında məlumat verilib və hər iki qurum arasında əməkdaşlıq əlaqələrindən bəhs olunub.
Növbəti görüş Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda olub. Görüş zamanı Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov tərəfindən Gənclər Fondunun gördüyü işlər haqqında məlumat verilib və Fondun beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğu bildirilib.
M.Aliyev “Bakı-2015” ilk Avropa Oyunları zamanı fəaliyyət göstərən Rusiya və Azərbaycan Azarkeşləri Evinin könüllüləri və rus icmasının nümayəndələri ilə də görüşüb.
Səfərin növbəti günündə Maqomed Aliyev ARGTMŞ-ın təşkilatçılığı ilə Gənclər Evində (ARGTMŞ-ın ofisi) Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları, mətbuat nümayəndələri ilə də görüşüb. Görüşdə MDB, Baltikyanı və Qafqaz ölkələrinin gənclərinin inteqrasiyasının stimullaşdırılması, gənclərin əməkdaşlığının inkişafı üçün şəraitin yaradılmasından danışılıb. Tədbir zamanı ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Sodrujestvo” beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasını təşviq etmək məqsədilə yaradılıb. Qeyd edək ki, ARGTMŞ sədri Şahin Seyidzadə “Sodrujestvo” beynəlxalq gənclər təşkilatının idarə heyətinin üzvüdür.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

