“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb
11.08.2015 [10:03]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti tərəfindən 2015-ci ilin fevral-aprel aylarında “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan “Bakcell Virtual Futbol Çempionatı”nın qalibi Hacı Mirzəməmmədov “Mançester Yunayted” - “Barselona” oyununu izləmək və “Mançester Yunayted” futbol klubunun oyunçuları ilə görüşmək üçün ABŞ-a səfər edib. O, səfər çərçivəsində Memfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi ulduz oyunçularla görüşərək virtual futbol oynamaq imkanı qazanıb. Şirkətdən verilən məlumatda qeyd olunur ki, ABŞ-ın Kaliforniya ştatında keçirilən “Mançester Yunayted” - “Barselona” oyununu “Bakcell” şirkətinin xüsusi qonağı qismində izləyən Hacı səfərlə bağlı təəssüratlarını belə bölüşüb: “Bu yarış olmasaydı, mənim yəqin ki, heç vaxt “Mançester Yunayted” ulduzları ilə ABŞ-da görüş imkanım olmayacaqdı. “Bakcell”in təşkil etdiyi “Virtual Futbol Çempionatı”nda iştirak etdiyimə və qalib gəldiyimə görə çox sevinirəm. Yaradılan bütün imkanlara görə və ömür boyu xatırlayacağım ən gözəl anlar yaşatdığına görə “Bakcell” şirkətinə böyük minnətdarlığımı bildirirəm”.
“Ümidvaram ki, biz çempionatın qalibi olan Hacı Mirzəməmmədovun gözləntilərini qarşıladıq və o, Amerikada tətilini səmərəli keçirdi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Mançester Yunayted” ilə birlikdə həyata keçirdiyimiz “Futbol Bakcell ilə” layihəsi çərçivəsində Azərbaycanda futbolun inkişafına bütün səviyyələrdə dəstək olmağa çalışırıq. Futbol hamı üçündür. Bu oyunu real həyatda oynamayan insanlar da oyunları izləməkdən və ya “PlayStation”da virtual şəkildə oynamaqdan böyük həzz alırlar. Bunu nəzərə alaraq təşkil etdiyimiz “Bakcell Virtual Futbol Çempionatı” sayəsində sağlam idman rəqabətinin təşviq olunması və gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi üçün əlavə imkan yaratmış olduq. Bu çempionata maraq çox böyük oldu və 7000 nəfərə yaxın məktəbli qatıldı. Onlayn oyunlar oynamağı sevənlər üçün “Bakcell” yüksək sürətli internet bağlantısını təmin edir. Virtual oyun həvəskarları üçün biz gələcəkdə də eksklüziv imkanlar və məhsullar təqdim etməyi planlaşdırırıq”, - deyə “Bakcell”in baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Qeyd edək ki, “Bakcell Virtual Futbol Çempionatı” 2015-ci ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. 26 aprel 2015-ci il tarixində baş tutan final görüşünün qalibi isə Hacı Mirzəməmmədov olub.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04

