/ / Bakıda “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda beynəlxalq forum keçirilib
Bakıda “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda beynəlxalq forum keçirilib
08.10.2015 [10:03]
Oktyabrın 7-də Bakıda Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Avropa Gənc Alimlər Şurasının (EURODOC) tərəfdaşlığı ilə “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda beynəlxalq forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov tarix boyu xalqımızin məruz qaldığı faciə və soyqırımılarından söz açıb. Bildirilib ki, tədbirin məqsədi soyqırımı və genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etmək və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırımı faktlarının dünyaya tanıtmaq, Xocalı faciəsi barədə Avropa elmi gəncliyi arasında təbliğat işini daha da genişləndirmək, soyqırımı və genosid faktlarına elmi araşdırmalarının nəticələrinə əsaslanaraq qiymət verməyin vacibliyini diqqətə çatdırmaq, bu istiqamətdə gələcəkdə konkret tədqiqatların aparılmasına dünya elmi gəncliyini sövq etməkdir. İ.Orucov beynəlxalq foruma 18 Avropa dövlətindən gənc alim və tədqiqatçının qatıldığını və onların Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdiklərini söyləyib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasəti barədə ətraflı məlumat verib.
T.Süleymanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bildirilib ki, tarix boyu azərbaycanlıların öz doğma torpaqlarından qovulması mərhələlərlə həyata keçirilib. Hazırda ərazimizin iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənilərin deportasiya siyasəti və hərbi əməliyyatları nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olub.
Bildirilib ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən olub. Erməni daşnakları üç gün ərzində Bakıda minlərlə azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qədim tarixi abidələri məhv ediblər. Bakı ilə yanaşı, Naxçıvanda, Zəngəzurda, Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda və digər bölgələrdə də qanlı faciələr törədilib.
Prezident Administrasiyasının rəsmisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarların xalqımıza qarşı törətdiyi Xocalı faciəsinin dəhşətlərindən danışıb. Bildirib ki, bu qətliam zamanı erməni qəsbkarları tərəfindən günahsız və dinc əhali qəddarcasına öldürülüb, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edilib. Ancaq Xocalı soyqırımı dünya ölkələrinin çoxu tərəfindən birmənalı şəkildə tanınmır, bu faciəyə beynəlxalq səviyyədə hələ də hərtərəfli hüquqi qiymət verilməyib.
T.Süleymanov bu soyqırımı və faciələrin avropalı alimlər tərəfindən dünya ictimaiyyətinə çatdırılmasında və tanıdılmasında forumun əhəmiyyətini yüksək dəyərləndirib.
Azərbaycanın hər zaman tolerant ölkə olduğunu diqqətə çatdıran T.Süleymanov qeyd edib ki, qədim zamanlardan bu günədək ölkəmizdə müxtəlif xalqların nümayəndələri mehriban sülh şəraitində yaşayırlar.
Natiq Azərbaycan dövlətinin beynəlxalq əlaqələrindən, uğurlu daxili və xarici siyasətindən, bütün sahələrdə sürətli inkişafından da bəhs edib. Bildirilib ki, bu gün Azərbaycan nəinki regionda, eyni zamanda dünyada lider dövlətlər sırasındadır. Son illər ölkəmiz bir sıra beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına ev sahibliyi edir. Bütün bu uğurlara Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatlar sayəsində nail olunub.
Azərbaycan Respublikası millətlərarası, multikulturalıizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov Azərbaycandakı multikultural mühitdən danışıb, multikulturalizmin dövlət siyasəti və eyni zamanda, həyat tərzimiz olduğunu bildirib. Qeyd edilib ki, xalqımız əsrlər boyu ədalətsiziliklərə, soyqırımılara məruz qalsa da tolerantlıq ənənələrini qoruyub saxlayıb.
Tədbirdə Milli Məclisin deputatı Adil Əliyev, Ombudsman Aparatınının şöbə müdiri Zaur Əliyev, “EURODOC”un sabiq rəhbəri Slobodan Radiçev və başqaları çıxış edərək azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılmasında forumun xüsusi rolunu qeyd ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

