Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
30.12.2015 [10:15]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində, dekabrın 29-da layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə çıxış edən “Azərsu” ASC-nin departament rəisi İlqar Tağıyev Prezident İlham Əliyevin ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını daim diqqətdə saxladığını xatırladaraq qeyd edib ki, hazırda respublikanın şəhər və rayon mərkəzlərində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsində də yeni layihənin icrasına başlanılıb.
Səudiyyə İnkişaf Fondunun layihə rəhbəri Məhəmməd Al Dallam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, fond Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edir. Yaxın vaxtlarda Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə tikinti-quraşdırma işlərinə də başlanılacaq.
Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün “Alatava” su anbarının imkanlarından istifadə olunacaq. Bu məqsədlə həmin anbardan götürülən suyun Badamdar qəsəbəsindəki “Badamdar” su anbarına çatdırılması üçün 1000 mm diametrli polad borularla magistral su xətti çəkiləcək. Eyni zamanda, “Alatava” su anbarındakı mövcud nasos stansiyasında və “Badamdar” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
Layihəyə əsasən, qəsəbə ərazisində 57,5 km uzunluğunda içməli su, 61,6 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi, ev birləşmələrinin verilməsi, abonentlərin “Smart” sayğaclarla təmin olunması, qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub.
Gələcəkdə qəsəbədə yaranacaq tullantı suları Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək və sutkalıq məhsuldarlığı 300 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondu arasında “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişi 20 noyabr 2009-cu ildə imzalanıb və sənəd 2010-cu ilin aprelində təsdiq edilib. Sazişə əsasən, ümumi dəyəri 63 milyon dollar olan layihəyə Səudiyyə İnkişaf Fondu 25 milyon dollar ayıracaq, qalan 38 milyon dollarlıq hissə isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.
Qeyd edək ki, Badamdar qəsəbəsinin mövcud içməli su təchizatı və kanalizasiya şəbəkələrinin böyük hissəsi sakinlər tərəfindən fərdi qaydada yaradılıb. Qəsəbə sakinləri mövsümdən asılı olaraq 2-8 saatlıq rejimlə su alır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47

