/ / İstanbulda xaricdəki Azərbaycan gənclər təşkilatlarının birgə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
İstanbulda xaricdəki Azərbaycan gənclər təşkilatlarının birgə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
08.03.2016 [10:20]
Xəbər verdiyimiz kimi, İstanbulda “İrəli” İctimai Birliyi ilə İnsan Kapitalının İnkişaf Mərkəzinin (İNDEX) birgə təşkilatçılığı əsasında “Xaricdən milli baxış” mövzusunda forum keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan forumda 19 ölkədən iyirmi gənclər təşkilatının nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində martın 6-da “Gənclər siyasəti və gənclərin yolu” mövzusunda panel təşkil olunub.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun moderatorluğunda keçən paneldə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov və Milli Məclisin deputatı Adil Əliyevin çıxışları dinlənilib.
Çıxışlarda “Xaricdən milli baxış” layihəsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən uzaqgörən gənclər siyasəti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar, o cümlədən gənc soydaşlarımız üçün ölkəmizi cəlbedici edib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strategiya nəticəsində Azərbaycanda həyatın bütün sahələrində gənclərin azad və məqsədyönlü fəaliyyətləri üçün münbit şərait yaradılıb. Azərbaycan gəncləri elm, təhsil, idman, mədəniyyətin ayrı-ayrı istiqamətləri də daxil olmaqla, bütün sahələrdə böyük uğurlar qazanmaqdadırlar. Lakin bütün bu uğurları əldə etməklə kifayətlənmək doğru deyil. Xarici ölkələrdə təhsil alan, çalışan və yaşayan gənclərin Azərbaycana baxışındakı milli elementlər daha çevik üsullarla idarə olunmalıdır. Bu məsələdə Azərbaycanı təmsil edən gənclər təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Bu təşkilatlar dövlətin gənclər siyasətinin daha düzgün təbliğində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması məsələlərində, ilk növbədə, qarşılıqlı anlaşma ilə daha sıx əməkdaşlıq etməli və gənclərin fəallığının artmasına öz töhfələrini verməlidirlər.
Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xarici ölkələrdəki gənclərimizin və onları birləşdirən təşkilatların fəaliyyətinin istiqamətləndirilməsinə dair paneldə səsləndirilən fikirlərin həyata keçirilməsi üçün təkliflər irəli sürülüb.
Paneldən sonra ayrı-ayrı ölkələrdə təmsil olunan Azərbaycan gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti və gələcək planları barədə məlumat veriblər.
Forum işini martın 7-də davam etdirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58

