Yeni İpək Yolunun yaranmasında Azərbaycanın və Türkmənistanın böyük rolu var
11.03.2016 [10:20]
Martın 10-da “ADA” Universitetində bu ali məktəbin və Türkmənistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Avropa və Asiya arasında yeni İpək Yolunun yaranmasında Azərbaycanın və Türkmənistanın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev hər iki dövlətin müstəqillik tarixi, bu önəmli hadisənin ölkələrimizin müasir dövlətçilik tarixində rolu, yüksək səviyyədə həyata keçirilən quruculuq işləri barədə danışıb. Azərbaycanın və Türkmənistanın dövlət müstəqilliyinin aparılan uğurlu siyasət nəticəsində gündən-günə möhkəmləndiyini vurğulayan rektor bununla bağlı görülən işlərdən söz açıb. Ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını bildirən H.Paşayev bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu vurğulayıb.
Bu il Türkmənistanın dövlət müstəqilliyi əldə etməsinin 25 illiyinin ölkədə geniş qeyd olunduğunu diqqətə çatdıran rektor qardaş türkmən xalqını təbrik edib, müstəqilliyin qorunub saxlanmasında və daha da möhkəmlənməsində uğurlar arzulayıb.
Konfransda Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov çıxış edərək bildirib ki, Azərbaycan ilə Türkmənistanı zəngin mənəviyyat, dözümlülük və qonaqpərvərlik, xalqlarımızın rifahına yönəlmiş yorulmaz əmək birləşdirir. Xalqlarımız arasında münasibətlərin tarixi Böyük İpək Yolu dövrünə gedib çıxır. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi əməkdaşlığın bütün istiqamətləri üzrə inkişaf edir. Türkmənistanlı diplomat bu münasibətlərin gələcəkdə daha intensiv inkişaf edəcəyinə əminliyini vurğulayıb.
T.Komekov diqqətə çatdırıb ki, Azərbaycanda olduğu kimi Türkmənistanda da bu il dövlət müstəqilliyinin 25 illiyi qeyd edilir. Bu münasibətlə Prezident Qurbanqulu Berdiməhəmmədov 2016-cı ili Türkmənistanda “İrsə ehtiram və Vətənin çiçəklənməsi ili” elan edib və bununla bağlı artıq silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Türkmənistan səfirliyi yubiley münasibətilə Azərbaycanda da bir sıra görüşlər, tədbirlər keçirməyi nəzərdə tutur. Müasir dövr üçün aktual mövzuya həsr olunan bugünkü konfrans da bu tədbirlərdən biridir.
Sonra Türkmənistanın Humanitar Elmlər və İnkişaf Universitetinin rektoru Esen Aydoğdıyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Türkmənistan Dəmir Yolları Nazirliyinin departament rəhbəri Mərdan Taşlıyev infrastruktur sahəsindəki yeniliklər, inkişafın davam etdirilməsi istiqamətində tranzit daşımaların artırılmasının vacibliyi, konteyner daşımaları, Şərq-Qərb dəhlizi, nəqliyyat-logistika infrastrukturunun əhəmiyyəti, regional inkişafı və digər məsələlər barədə danışıblar.
Tədbirdə “Yeni İpək Yolu” layihəsində Azərbaycanın və Türkmənistanın mühüm rolundan söz açılıb, bu layihənin böyük perspektivlərinin olduğu vurğulanıb.
Sonda mövzu ətrafında diskussiyalar aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

