“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür
17.03.2016 [10:07]
Martın 16-da Ağcabədi şəhərinin mərkəzi meydanında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və təhsil şöbəsinin müdiri Mehdi Əhmədov çıxış edərək, dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə xoş və mənalı səfər arzulayıblar. Bildirilib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Qrupun rəhbəri, rayonun 8 nömrəli tam orta məktəbinin müəllimi Xuraman Quliyeva AZƏRTAC-a müsahibəsində deyib: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası məktəblilərin dünyagörüşünün artmasında, onların Vətənimizi daha yaxından tanımasında böyük əhəmiyyət kəsb edir. Məktəblilər İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Qəbələ şəhərində “Qəbələnd” istirahət mərkəzi, “Beltmann” piano zavodu, “Tufandağ” Xizəkçilik Kompleksi, Nohur göl, Nic kəndi, Şəkidəki tarixi abidələrlə, eləcə də bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla tanış olacaqlar. İnanıram ki, onlar bu səfərdən ən xoş və unudulmaz təəssüratlarla dönəcəklər. Bu tur-aksiya gəncliyin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür”.
Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Ayxan Əliyev isə fikirlərini belə ifadə edib: “Həmişə Vətənimi gəzməyi, rayonlarımızla daha yaxından tanış olmağı arzulayırdım. Bu arzuma çatdığım üçün çox sevinirəm. Tezliklə şagird dostlarımla birgə İsmayıllı, Qəbələ və Şəki rayonlarının füsunkar təbiəti, görməli yerləri ilə tanış olacağıq. Bu səfər bizə çox şey verəcək. Buna görə tur-aksiyanın təşkilatçılarına minnətdarlıq edirəm”.
Tur-aksiya iştirakçıları Ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola düşüblər.
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38

