Yevlaxda “Narkomaniyaya yox deyək” devizi ilə silsilə tədbirlərə başlanılıb
18.05.2016 [10:08]
Yevlax rayon prokurorluğunun və polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” devizi ilə silsilə tədbirlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Yevlax şəhərindəki Xalq Teatrında keçirilən tədbirə təhsil, mədəniyyət və turizm şöbələrinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri, yuxarı sinif şagirdləri və valideynlər dəvət olunub.
Rayon polis şöbəsinin rəisi Vaqif Müslümov və rayon prokurorunun müavini Mülküm Mahmudov çıxış edərək, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev çıxışında gənclərin milli-mənəvi dəyərlərimizə hörmət, elmə, təhsilə məhəbbət ruhunda tərbiyəsinin, asudə vaxtlarının səmərəli təşkilinin narkomaniya ilə mübarizədə ən kəsərli vasitə olduğunu bildirib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Qənimət Qaraşov Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər barədə məlumat verib.
Tədbirdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı film nümayiş olunub, iştirakçılara mövzu ilə bağlı bukletlər paylanıb.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

