Roma Papası Fransisk Heydər Məscidində din xadimləri ilə görüşüb
04.10.2016 [09:53]
Azərbaycana səfəri çərçivəsində oktyabrın 2-də Roma Papası Fransisk Heydər Məscidində olub, burada ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Roma Papası Fransiski Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
Allahşükür Paşazadə Heydər Məscidi barədə qonağa məlumat verib. Bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu məscid 12 min kvadratmetr sahədə salınıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə edilib, 55 metr hündürlüyündə baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransisklə təkbətək görüşü keçirilib.
Daha sonra Roma Papası Fransiskin ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşü olub.
Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Roma Papasını ölkəmizdə salamlayaraq Azərbaycanın qədim dövlətçilik ənənələrinə, zəngin mədəni irsə malik olduğunu deyib. Allahşükür Paşazadə Azərbaycanın ənənəvi dini dəyərlərlə yanaşı, multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevlə Roma Papasının həm Vatikanda, həm də Azərbaycanda keçirdiyi görüşlərin Müqəddəs Taxt-Tacla Azərbaycan arasında mövcud yüksəksəviyyəli münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacağını bildirib, dünya katoliklərinin lideri kimi Papa Fransiskin fəaliyyətinin böyük diqqətlə qarşılandığını vurğulayıb. O qeyd edib ki, Roma Papasının hazırda dünyanı narahat edən problemlərə, terrorun əsl səbəblərini pisləyərək İslam dininin adının terrorla yanaşı çəkilməsinə etirazı, ksenofobiya hallarına qarşı qətiyyətli çıxışları böyük önəm kəsb edir.
Şeyxülislam Allahşükür Paşazadə görüşdə Azərbaycanda yaşayan bütün konfessiyaların nümayəndələrinin iştirak etdiyini, bunun ölkəmizdə adi həyat tərzi olduğunu, dünyaya örnək olan bu reallığın Azərbaycanın uğurlarının təməlində durduğunu bildirərək deyib: “Etnik və dini müxtəliflik Azərbaycan dövlətinin milli sərvətidir. Xalqımız, dövlətimiz bu sərvəti qoruyur, gələcək nəsillər üçün yaşadır. Azərbaycan milli mənəvi irsini qorumaqla yanaşı, bəşəri dəyərlərə ehtiram və qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nəcib təşəbbüsləri ilə dünyanın ən müxtəlif nöqtələrində tarixi, dini abidələrə yeni həyat verilir. Vatikanda bu Fondun xətti ilə həyata keçirilən layihələr misilsiz tarixi əhəmiyyətə malikdir. Bu, Azərbaycan xalqının dünya irsinə sonsuz ehtiramının göstəricisidir”.
Rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinin Vatikanla əlaqələrinin inkişaf etdiyini deyən Allahşükür Paşazadə çıxışında nüfuzlu dini lider olaraq Roma Papasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsləndirdiyi fikirlərin ölkəmizdə həssaslıq və ehtiramla qarşılandığını bildirib, Papa Fransiskin bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli yönündə səy göstərəcəyinə ümidvar olduğunu deyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bütün Azərbaycan dindarları adından Papa Fransiski qarşıdan gələn yubileyi münasibətilə təbrik edib.
Roma Papası Fransisk qonaqpərvərliyə görə dini icmaların nümayəndələrinə təşəkkür edib. Azərbaycanda dini dəyərlərin qorunduğunu vurğulayan Roma Papası dinc cəmiyyətlərin əməkdaşlıqdan yarandığını diqqətə çatdıraraq deyib: “Bugünkü görüşümüz dialoqu və multikulturalizmi təşviq etmək üçün Bakıda keçirilmiş bir çox görüşlərin davamıdır. Qovuşmaya və inteqrasiyaya qapıları açaraq, sanki hər kəsin qəlbinə qapı açmış olarsınız. Onların ümidlərinə yol açmış olarsınız. İnanıram ki, Şərq ilə Qərb arasında qapı olan Azərbaycan hər zaman özündə insanlara sülh və insanın parlaq gələcəyi üçün möhkəm zəmin yaratmaq baxımından əsas təşkil edən açıq olmaq mədəniyyətini inkişaf etdirib”.
Roma Papası çıxışında böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən sitatlar gətirərək bildirib ki, dinlər heç vaxt münaqişələrə və qarşıdurmalara alət olmamalıdır.
Papa Fransisk çıxışının sonunda bir daha dini icmalar üçün dünyada sülhün vacib şərt olduğunu vurğulayıb.
Sonda Roma Papası Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə söhbət edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

