Vüqar Rəhimzadə: “Reket” jurnalistlərin ifşası mənəvi terrorun qarşısını almaq deməkdir
08.12.2016 [10:12]
“Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının vətəndaşları şantaj edən “reket” jurnalistlər şəbəkəsini ifşa etməsi təqdirəlayiqdir”. Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, “reket” jurnalistlərin fəaliyyəti Azərbaycan jurnalistikasına xələl gətirən haldır: “Elə mətbuat orqanları var ki, peşə davranış qaydalarını mütəmadi olaraq pozur, jurnalistika prinsiplərinə tamamilə zidd hərəkətlər edirlər. Mətbuat Şurası yarandığı gündən bu hallarla mübarizə aparır, öz mövqeyini ortaya qoyur. Azərbaycan Mətbuat Şurasının tətbiq etdiyi “qara siyahı”da 100-ə yaxın bu cür mətbuat orqanının adı var. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ifşa olunan şəxslərin rəhbərlik etdiyi həmin qəzetlərin adları da “qara siyahı”da olub. Mətbuat Şurasının apelyasiya şurasına həmin qəzetlər müraciət edəndən sonra onların adları bir müddət “qara siyahı”dan çıxarıldı. Amma Şuranın sonuncu iclasında həmin qəzetlərdən birinin adı yenidən həmin siyahıya əlavə edildi”.
V.Rəhimzadə bildirib ki, davamlı olaraq bu cür şantaj xarakterli əməllərlə məşğul olanlar qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidir: “Reket” fəaliyyəti ilə məşğul olan bu cür insanlar jurnalist adından istifadə edərək insanları təhdid edirlər. Bu həm Azərbaycan cəmiyyətinə, həm də Azərbaycan jurnalistikasına qarşı təhqirdir. Onlar insanları təhqir etməklə yanaşı, onların şəxsi həyatına, ailə həyatına qərəzli mövqedən yanaşır, öz məqsədlərinə çatmaq üçün müəyyən şantaj xarakterli əməllərə əl atırdılar. Bu şəxslər həmin çirkin əməllərini birinci dəfə deyil, mütəmadi edirdilər, ayrı-ayrı insanları şantaj etməklə məşğul idilər. Hamı onların fəaliyyətini görürdü, hansı əməllərə əl atdıqlarını bilirdilər. Buna görə də bu məsələ hüquqi çərçivədə öz həllini tapmalı idi. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi bu cür əməliyyat Azərbaycanda jurnalistikanın sağlamlaşmasına, cəmiyyətə qarşı yönəlmiş mənəvi terrorun qarşısını almaq üçün atılan addımlardandır”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

