Bakının tibbi yardım xidmətinə gün ərzində 2 minə yaxın çağırış daxil olur
07.01.2017 [10:48]
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2016-cı il üzrə illik hesabatını açıqlayıb
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BTTTYS) 24 saat ərzində fasiləsiz olaraq paytaxtın bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək tibbi yardım göstərir. Gündəlik olaraq 103 xidmətinə 2 minə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır.
Bu barədə stansiyanın 2016-cı il üzrə illik hesabatında məlumat verilib. Tədbirdə qeyd olunub ki, ötən il BTTTYS-yə 681 mindən artıq ümumi müraciət daxil olub. Stansiyanın baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciət edənlərdən 63 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün çağırışların sayı isə 83 mindən çox olub. Onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıqdır: “Bu müddət ərzində reanimasiya tədbirlərinin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 min nəfərdən çox olub. Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədilə stansiya rəqəmsal və plyonkalı rentgen aparatları ilə təmin olunub”.
Baş həkimin müavininin sözlərinə görə, miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Eyni zamanda, çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barədə qadın məsləhətxanaları məlumatlandırılıb.
Vurğulanıb ki, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən və təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib. Təcili yardım xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədilə istifadə olunan dərman preparatlarının siyahısı müalicə metodik şöbə tərəfindən daim araşdırılır və yeni dərman preparatları ilə əvəz olunur.
Stansiyanın baş həkiminin müavini Murad Mirzəzadə isə tibbi müəssisənin maddi-texniki təchizatının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Stansiya kütləvi hadisələr zamanı 6 nəfəri daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator və reanimasion sanitar avtomobillərlə təmin edilib”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

