/ / Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində növbəti təqdimatı olub
Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində növbəti təqdimatı olub
01.03.2017 [10:02]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu günlərdə “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib. Layihə çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub. Mühazirədən öncə BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyev layihə haqqında məlumat verib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi-coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına çatdırmaq məqsədi ilə bu layihəni həyata keçirir. Bu layihə çərçivəsində mütəmadi olaraq “dəyirmi masa”lar, mühazirələr, təqdimatlar və görüşlər təşkil ediləcək”.
Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tanınmış tarixçi Nazim Mustafa təqdim edib. Mühazirəçi bildirib ki, Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində yazıb. E.ə. I əsrdə yazıb-yaratmış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 dildə danışan yerli alban soyundan olan udilərin adını qeyd edib: “Udilər tarixin mürəkkəb, keçməkeşli mərhələlərini yaşamışlar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilər öz identikliyini qoruyub saxlaya bilmişdir. Artıq bu dövrdə udilərin süni şəkildə erməniləşməyə məruz qalmaları prosesi başlanıb. Belə ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri bağlandıqdan sonra Azərbaycan torpaqlarına İran və Osmanlı imperiyalarından 120 mindən artıq erməni köçürülüb, həmin ermənilərin bir qismi keçmiş Gəncə xanlığının ərazisində olan udi kəndlərində yerləşdirilib, Azərbaycan üçün arzuolunmaz demoqrafik proseslər başlanıb. Bu dövrdə miqrasiya prosesləri ilə paralel olaraq, udilərin bir qismi etnosidə məruz qalıb. Bu siyasəti davamlı olaraq bilavasitə erməni-qriqorian kilsəsi yeridib: “Böyük Ermənistan” xülyasını məqsədyönlü şəkildə həyata keçirməyə çalışan erməni-qriqorian kilsəsi udiləri assimilyasiyaya məruz qoyaraq, Qafqaz Albaniyasının maddi-mədəni irsinə yiyələnə bilib, Alban Apostol kilsəsinin arxivlərini ələ keçirib. Yelizavetpol quberniyasında yaşayan udilərin erməniləşdirilməsi XX əsrin əvvəllərində daha sürətlə gedib ki, bu da bölgədə baş verən sosial-siyasi proseslərlə bağlı olub”.
Nazim Mustafa auditoriyanın diqqətinə çatdırıb ki, sovet hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə arealında yaşayan udilərin bir qismi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib, Ermənistan SSR ərazisində qalan udilər isə digər milli azlıqlar kimi, assimilyasiyaya uğrayaraq erməniləşiblər: “Hazırda erməniləşmiş udilərin bir qismi Ermənistan Respublikasının Şəmşəddin (indiki Berd) rayonunun Noraşen və Arcvaberd (keçmiş Qırğı) kəndlərində məskunlaşıblar”.
Məruzəçi mühazirənin sonunda hazırda Azərbaycan dövlətinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin qorunması, Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin mühafizə edilməsi, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat verib.
Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18

