Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda elmi seminar keçirilib

Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda elmi seminar keçirilib

31.03.2017 [09:41]

Martın 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində sözügedən qurumun Elmi-Metodiki Şurasının nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminar (DES) “İslam Həmrəyliyi İli” çərçivəsində “Terror multikulturalizmə qarşı: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda növbəti tədbirini keçirib.
Fransanın Sofiya-Antipolis Universitetindən gələn alimlərin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşlarının, ziyalı və tələbələrin də iştirak etdiyi elmi seminarı tədbirin moderatoru, DES-in sədri, professor Etibar Nəcəfov açaraq qonaqları salamlayıb. Moderator ötən ilin yayında Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin respublikamızda, eləcə də müxtəlif ölkələrdə “Terror multikulturalizmə qarşı” layihəsinə start verdiyini diqqətə çatdırıb.
Professor Etibar Nəcəfov qeyd edib ki, layihə çərçivəsində indiyədək beynəlxalq dəyirmi masa və tədbirlər həyata keçirilib, bu gün keçirilən tədbir də həmin layihənin gerçəkləşməsi istiqamətində növbəti addımdır: “Bu tədbirlə biz keçən əsrin əvvəllərindən başlayaraq erməni qəsbkarları tərəfindən soyqırımına, terrora məruz qalan azərbaycanlıların faciələrini yad edirik. Elmi seminarda iştirak edən fransalı alimlər azərbaycanlı həmkarları ilə əl-ələ verərək dünyanın bilmədiyi, bəlkə də bilib qəbul etmək istəmədiyi həqiqətləri bu gün bir daha dünyaya təqdim edəcəklər”.
Elmi seminarda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın “1918-ci il soyqırımı - erməni millətçilərinin cinayətləri tarixi sənədlərdə” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə vurğulanıb ki, 1918-ci ildə Azərbaycan torpaqlarında Azərbaycan xalqına qarşı törədilən erməni zorakılığı və vəhşiliyi XIX əsrin sonlarından etibarən türk-müsəlman dünyasına qarşı qalxan, onları fiziki cəhətdən məhv etməyi qarşısına məqsəd qoyan, erməni millətçilərinin Birinci Dünya müharibəsi illərindən etibarən türklər və azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin tərkib hissəsidir: “1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində, rəsmi mənbələrə əsasən, 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb”.
Tədbirdə həmçinin 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyi diqqətə çatdırılıb, onun regional və qlobal dünyəvi əhəmiyyətindən söhbət açılıb, sülhün, əməkdaşlığın və həmrəyliyin bərqərar olmasında önəmli rolu vurğulanıb.
Elmi seminarda çıxış edən Sofiya-Antipolis Universitetinin Hüquq və Siyasi elmlər fakültəsinin dekanı, professor Kristian Vallar, sözügedən universitetin dekan müavini Ksavye Latur, professorlar Klodin Terrazzioni və Poline Türk 31 Mart Soyqırımı qurbanlarını anıblar. Erməni terrorunu qətiyyətlə pisləyən alimlər çıxışlarında terrorun aradan qaldırılmasında multikulturalizmin və tolerantlığın böyük əhəmiyyətini önə çəkiblər.
Fransalı alimlər çıxışlarında həmçinin müasir dövrdə terrorun qarşısının alınmasında, bəşəriyyətin sülh və əmin-amanlıq içində yaşaması üçün İslam və digər dinlərin həmrəyliyinin əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Fransa və Azərbaycanda azlıqların statusu mövzusunda müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı təkliflər dinlənilib.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31