Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı əlamətdar hadisədir

Jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı əlamətdar hadisədir

21.07.2017 [09:04]

Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı yalnız bu günümüzün deyil, tariximizin əlamətdar hadisələrindəndir.
Bunu Trend-ə açıqlamasında jurnalistlər üçün tikilmiş növbəti binada mənzillə təmin olunan Güney Qafqaz və Orta Asiya Söz Azadlıq Şəbəkəsi Məclisinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, Prezidentin jurnalistlərə bu cür davamlı diqqət göstərməsi alqışlanmalıdır: “Bu gün 255 ailə paytaxtda yeni, təmirli mənzillə təmin edildi. Bunu dövlət başçısı proqramlı şəkildə həyata keçirir. Artıq bir bina tikilmişdi və 155 jurnalist mənzillə təmin olunmuşdu, bu gün ikinci-255 mənzilli binanın açılışı oldu və 3-cü binanın təməli qoyuldu. Artıq bu ərazi şəhərcik statusu alır. Bunların hamısı Azərbaycanda mətbuata, jurnalistikaya, azad sözə, söz, sənət sahiblərinə yüksək münasibətin göstəricisidir. Xüsusilə bizə yaxın coğrafiyada, müharibə zonalarında evlərin dağıdıldığı bir vaxtda quruculuqla məşğul olmaq, ev tikmək özü bir qlobal hadisədir. Mən şəxsən öz adımdan, ailəm adından Prezidentə təşəkkür edirəm, kiçik əməyimi bu cür böyük qiymətləndirdiyi üçün Ona dərin minnətdarlığımı bildirirəm”.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31